Binəqədidə yaşayış binasının qarajında yanğın – Zəhərlənənlər var

0
9111
yangin

Paytaxtın Binəqədi rayonunda çoxmərtəbəli yaşayış binasının zirzəmisində yerləşən avtomobil dayanacağında yanğın baş verib.

Bineqedi.com xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, dayanacaqda yerləşən “Land Rover” markalı minik avtomobilinin salonu və yük hissəsi, həmçinin “Opel” markalı minik avtomobilinin salonu, mühərrik hissəsi və 5 paq.m kommunikasiya xətləri yanıb.

Yanğın zamanı 2 nəfər tüstüdən zəhərlənib.

Avtomobillərin qalan hissəsi və yaxınlıqdakı digər avtomobillər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

***

TƏBİB-dən sorğumuza cavab olaraq bildirilib ki, bu gün saat 03:00 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Binəqədi rayonu  ərazisindən yanğın hadisəsinin baş verməsi səbəbilə çağırış daxil olub. 

Dərhal təcili tibbi yardım briqadası çağırış ünvanına cəlb olunub.

Təcili tibbi yardım briqadası tərəfindən 2 nəfərə (kişi) yerində ilkim tibbi xidmət göstərilib.

Əvvəlki məqaləBinəqədi Rayon İcra Hakimiyyətində növbəti qəbul – FOTO
Növbəti məqalədəBinəqədidə un məmulatlarının emalı müəssisəsində normativ tələblər pozulub – FOTO