Binəqədidə şəhid övladlarının iştirakı ilə bayram tədbiri təşkil olunub – FOTO

0
9003
8 Noyabr-“Zəfər Günü” münasibətilə Vətən müharibəsi şəhidlərinin övladlarının iştirakı ilə bayram tədbiri keçirildi.
Bineqedi.com xəbər verir ki, tədbirdə Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədr müavini Sevinc Abdullayeva, Binəqədi Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin əməkdaşı Rəhman Qəhrəmanov, rayon təşkilatının kollektivi və şəhid ailələri iştirak etdilər. Tədbirdə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun qazandığı tarixi Zəfərdən danışıldı, torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə canlarını fəda etmiş şəhidlərimizin xatirəsinin xalqımızın qəlbində əbədi yaşayacağı bildirildi.
Tədbir zamanı uşaqlar müxtəlif əyləncəli atraksionlardan istifadə edərək əyləndilər, idman yarışlarında və oyunlarında iştirak etdilər, birgə şeirlər və mahnılar səsləndirdilər.
Sonda uşaqlara hədiyyələr təqdim edildi və xatirə şəkli çəkildi.
Şəhid ailələri onlara göstərilən daimi diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirdilər.
Bir uşaq, dərs, cədvəl və mətn şəkili ola bilər
Bir körpə, gülümsəyən insanlar, xəstəxana və mətn şəkili ola bilər
Bir minyonlar və mətn şəkili ola bilər
Bir mətn şəkili ola bilər
Bir uşaq, cədvəl və mətn şəkili ola bilər
Əvvəlki məqaləBinəqədidə qülləyə çıxan 18 yaşlı gənc xilas edildi – Video
Növbəti məqalədəPrezident İlham Əliyev 9 Noyabr – Dövlət Bayrağı Günü ilə əlaqədar paylaşım edib