Binəqədinin qəhrəman oğlu – şəhid İbrahimov İbrahim Abdulla oğlu

0
11013

Şəhid İbrahimov İbrahim Abdulla oğlunun il dönümü ilə əlaqədar məzarı ziyarət olundu.

Bineqedi.com-a verilən məlumata görə, ziyarətdə şəhidimizin ailə üzvləri, yaxınları, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Səməndər Mənəfov, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının Binəqədi qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəsi Qadir Məmmədov, Binəqədi qəsəbə Bələdiyyəsinin sədri Bəylər Həsənov və digərləri iştirak edirdilər.
İbrahimov İbrahim Abdulla oğlu 10 oktyabr 1999-cu ildə Bakı şəhərində dünyaya göz açmışdı. 2018-ci ildə Şəhid R. İmanov adına 205 saylı orta məktəbdə orta təhsil başa vurduqdan sonra Sumqayıt Dövlət Universiteti nəzdində Sumqayıt Dövlət Kollecinin “Nəqliyat Daşımalarının Təşkili” ixtisasında natamam ali təhsili almışdı.
2019-cu il yanvar ayının 3-ü həqiqi hərbi xidmətə çağırıldı. İbrahim öz təhsilini dondurub hərbiyə getdi. O, Füzulidə xidmət edirdi, minaaxtaran idi. 2020-ci ilin iyun ayında xidməti bitirdi. Müddətdən artıq hərbi xidmətdə qalaraq pulemyotçu əsgər olaraq işə başladı. Vətən müharibəsi zamanı Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və Hadrut istiqamətində gedən döyüşlərdə iştirak edib. Noyabrın 8-də Şuşa istiqamətində gedən döyüşlərdə xüsusi şücaət göstərmişdi. Noyabrın 9-da Şuşa şəhəri yaxınlığında snayper gülləsinə tuş gələrək ən uca Zirvə- Şəhidlik zivəsinə ucaldı . Noyabrın 12-də Bakı şəhərində Binqədi qəsəbəsi qəbiristanlığı ərazisində yerləşən Vətən Müharibəsi Şəhidlərinin Xiyaban kompleksində dəfn edilmişdir
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.
Mərasimdə şəhidimizin ruhuna dualar oxundu, məzarı üzərinə tər güllər düzüldü.
Vətənimizin ərazi bütövlüyünün bərpası uğrunda canını fəda etmiş Şəhidlərimizin ruhu qarşısında baş əyir, onlara Uca Tanrıdan rəhmət diləyirik.
Şəkilin açıqlaması yoxdur.
Şəkilin açıqlaması yoxdur.
Şəkilin açıqlaması yoxdur.
Əvvəlki məqaləQardaş bacısını yatdığı yerdə amansızlıqla öldürdü – Bakıda ailə faciəsi
Növbəti məqalədəOnlar üçün həqiqi hərbi xidmət müddəti 6 ay azaldılır