Elxan Allahverdiyevin Xocəsən qəsəbə sakinləri ilə səyyar qəbulu keçirilib – FOTO

0
10995
Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin Xocəsən qəsəbə sakinləri ilə səyyar qəbulu keçirildi.
Bineqedi.com saytı xəbər verir ki, görüşdə Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Aparatın məsul şəxsləri, bələdiyyə, inzibati ərazi dairəsi üzrə nümayəndəliyin, xidmət sahələrinin rəhbərləri iştirak etdilər.
Rayon İcra Hakimiyyəti başçısı ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlər barədə vətəndaşlara ətraflı məlumatlar verdi. Qəsəbə sakinləri bundan öncəki görüşlərdə qaldırılmış problemlərin müsbət həlli ilə bağlı dövlət başçısına öz təşəkkürlərini bildirdilər.
Daha sonra RİH başçısı Elxan Allahverdiyev görüşdə iştirak edən sakinlərin Xocəsən yeni yaşayış massivinin ərazisində maşınların sürətli hərəkətinin məhdudlaşdırılması məqsədilə sürət məhdudlaşdırıcı qurğunun quraşdırılması, 328 saylı uşaq bağçasının istifadəyə verilməsinə köməklik göstərilməsi, Şəfəq küçəsində içməli su probleminin aradan qaldırılması barədə, Ziyatlı küçəsinin mərkəzində, bir hissəsi yolun hərəkət hissəsindən yerüstü formada keçən neft borusunun, yeraltına və ya yol kənarına doğru yerinin dəyişdirilməsi, 20 yanvar küçəsində küçə işıqlarının lampalarının yeniləri ilə dəyişdirilməsi və küçənin AZƏRSU tərəfindən aparılan qazıntı işlərindən sonra asfalt örtüyünün vurulması, Şamaxı-Bakı yolunun kənarında məişət tullantıları meydançasının yaradılması, Ruslan Allahverdiyev küçəsi ilə Ağbaba küçəsinin kəsişməsində kanalizasiya xəttinin bərpası, Turaclı küçəsinə asfalt örtüyünün çəkilməsi və Nicat Səmədov küçəsinə yaxın əraziyə 157 saylı sərnişin avtobusu xəttinin uzadılması və işıq sayğacının əlavə borc yazılması ilə bağlı köməkliyin göstərilməsi ilə əlaqədar aidiyyəti qurumlara müvafiq tapşırıqlar verdi.
Bir bir və ya daha çox şəxs, platforma və mətn şəkili ola bilər
Bir dərs şəkili ola bilər
Bir bir və ya daha çox şəxs və mətn şəkili ola bilər
Bir bir və ya daha çox şəxs şəkili ola bilər
Bir bir və ya daha çox şəxs şəkili ola bilər
Bir bir və ya daha çox şəxs şəkili ola bilər
Bir bir və ya daha çox şəxs və kütlə şəkili ola bilər
Bir bir və ya daha çox şəxs, platforma və mətn şəkili ola bilər
Əvvəlki məqaləBinəqədi Rayon İcra Hakimiyyətində növbəti qəbul – FOTO