Binəqədidə soyğunçuluqda şübhəli bilinən dəstə üzvləri saxlanılıb

0
48
bineqedi polis idaresi

Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinə müraciət edən Biləcəri qəsəbə sakini E.Məmmədov noyabrın 18-də saat 23 radələrində qəsəbə ərazisində bir qrup naməlum şəxsin onu hədələyib 7000 manat pul tələb edərək “Mercedes” markalı avtomobilə oturdub evinin qarşısına apardıqlarını, orada ondan 60 manat və mobil telefon aldıqdan sonra evdən də 1000 manat və 2000 manat dəyərində qızıl-zinət əşyaları gətirməsi şərti ilə buraxdıqlarını bildirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Ş.Yusifov, R.Əliyev, Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş L.Dadaşzadə və Şərur rayon sakini Əmrah Nağıyev saxlanılıb, şəxsiyyətləri müəyyən edilən daha 2 nəfərin tutulması istiqamətində tədbirlər görülür. Araşdırma aparılır.lent.az

Əvvəlki məqaləBinəqədidə 35 yaşlı kişini maşın vurub, vəziyyəti ağırdır
Növbəti məqalədə“Məktəblər arasında respublika çempionatı” layihəsinin Binəqədi rayon mərhələsi yekunlaşıb