Azərbaycan Hökuməti ilə Ruanda Hökuməti arasında hava əlaqəsi haqqında Saziş təsdiqlənib.
Bineqedi.com xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Qanun imzalayıb.
Saziş 2025-ci il sentyabrın 20-də Bakıda imzalanıb.
Dövlət başçısının imzaladağı digər Qanuna əsasən, Azərbaycan Hökuməti ilə Türkiyə Hökuməti arasında təhsil sahəsində əməkdaşlıq haqqında 2017-ci il 31 oktyabr tarixli Sazişə Əlavə Protokol da təsdiq edilib.
***
“Azərbaycan Respublikasında gender (kişi və qadınların) bərabərliyi üzrə 2026 – 2028-ci illər üçün Milli Fəaliyyət Planı” təsdiq edilib.
Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Milli Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsini əlaqələndirməli, Planının icrası barədə ildə bir dəfə Azərbaycan Prezidentinə məlumat verməlidir.
Milli Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqini və qiymətləndirilməsini Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sifarişi əsasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi həyata keçirməlidir.
Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

















