Bakıda məhkuma məxsus gizlədilmiş avtomat aşkarlanıb – BİRGƏ ƏMƏLİYYAT

0
9121

Bakıda məhkumun həbs edilməmişdən əvvəl gizlətdiyi avtomat aşkarlanıb.

Bineqedi.com xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatı Daxili İşlər Nazirliyinin müvafiq struktur qurumunun əməkdaşları ilə birgə əməliyyat-axtarış tədbiri keçirib.

Tədbir nəticəsində məhkum tərəfindən həbs edilməmişdən əvvəl Bakı şəhəri, Binəqədi rayonu, İlham Hacıyev küçəsində yerləşən qəbristanlıqda torpağa basdırılaraq gizlədilən nömrəsi silinmiş “Kalaşnikov” markalı avtomat, ona məxsus daraq, eləcə də 29 ədəd 7,62 kalibrli avtomat gülləsi aşkar edilərək götürülüb.

***

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə paytaxtın Binəqədi rayonunda sursatın aşkarlanması barədə məlumat daxil olub.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.

Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkarlanmış sursatların döyüş tətbiqinə yararlı 10 ədəd F-1 əl qumbarası, 1 qutu F-1 və RQD-5 əl qumbaralarının parladıcıları olduğu müəyyənləşdirilib.

XRXX-nin çevik qrupunun mütəxəssisləri sursatların zərərsizləşdirilməsi üçün ərazidən götürərək kənarlaşdırıb.

Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkarlanmayıb.

 

Binəqədi rayonunda sursat aşkarlanıb VİDEO

Əvvəlki məqaləBinəqədidə BMW yük maşınına çırpıldı: Sürücü və sərnişin xəsarət aldılar
Növbəti məqalədə“Azəriqaz”dan smart kartlardakı problemlə bağlı – Açıqlama