Elxan Allahverdiyevin 9-cu mikrorayon sakinləri ilə səyyar qəbulu keçirilib – FOTO

0
10993
Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin 9-cu mikrorayon sakinləri ilə səyyar qəbulu keçirildi.
Bineqedi.com xəbər verir ki, görüşdə Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Aparatın məsul şəxsləri, bələdiyyə, inzibati ərazi dairəsi üzrə nümayəndəliyin, xidmət sahələrinin rəhbərləri iştirak etdilər.
Rayon İcra Hakimiyyəti başçısı ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlər barədə vətəndaşlara ətraflı məlumatlar verdi. Mikrorayon sakinləri bundan öncəki görüşlərdə qaldırılmış problemlərin müsbət həlli ilə bağlı dövlət başçısına öz təşəkkürlərini bildirdilər.
Daha sonra RİH başçısı Elxan Allahverdiyev görüşdə iştirak edən sakinlərin A.Məmmədov küçəsi 145 saylı ünvanında mövcud işıq dirəklərində lampaların dəyişdirilməsi, Mir Cəlal küçəsi 123 saylı ünvanda istinad divarından su axıntısının qarşısının alınması, M.Cəlal küçəsi 49 saylı ünvanda binanın arxa hissəsində mövcud işıq dirəklərində lampaların dəyişdirilməsi, M.Cəlal küçəsi 15 saylı ünvanda binanın arxa hissəsində qurumuş ağacın budanması, Ü.Hacıbəyov küçəsi 2/10 saylı ünvanda zirzəminin dezinfeksiya olunması, S.Məmmədova küçəsi 201 saylı ünvanda mövcud işıq dirəklərində lampaların dəyişdirilməsi, H.Babaşov küçəsi 16 saylı ünvanda girişlərin dezinfeksiya olunması, 157 saylı məktəbin ərazisində kanalizasiya xəttinin təmir edilməsi ilə əlaqədar aidiyyəti qurumlara müvafiq tapşırıqlar verdi.
Bineqedi.com
Bir bir və ya daha çox şəxs şəkili ola bilər
Bir bir və ya daha çox şəxs və bunu deyən yazı "P4 0" şəkili ola bilər
Bir bir və ya daha çox şəxs və mətn şəkili ola bilər
Bir bir və ya daha çox şəxs və mətn şəkili ola bilər
Bir bir və ya daha çox şəxs və mətn şəkili ola bilər
Bir bir və ya daha çox şəxs və klarnet şəkili ola bilər
Əvvəlki məqalə14 fevral Azərbaycan Hərbi Hava Qüvvələri Günüdür