Elxan Allahverdiyevin M.Ə.Rəsulzadə qəsəbə sakinləri ilə səyyar qəbulu keçirilib – FOTO

0
11244
Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin M.Ə.Rəsulzadə qəsəbə sakinləri ilə səyyar qəbulu keçirildi.
Bineqedi.com xəbər verir ki, görüşdə Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Aparatın məsul şəxsləri, bələdiyyə, inzibati ərazi dairəsi üzrə nümayəndəliyin, xidmət sahələrinin rəhbərləri iştirak etdilər.
Rayon İcra Hakimiyyəti başçısı ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlər barədə vətəndaşlara ətraflı məlumatlar verdi. Qəsəbə sakinləri bundan öncəki görüşlərdə qaldırılmış problemlərin müsbət həlli ilə bağlı dövlət başçısına öz təşəkkürlərini bildirdilər.
Daha sonra RİH başçısı Elxan Allahverdiyev görüşdə iştirak edən sakinlərin H.Ağamalıyev küçəsi 10 saylı binanın qarşısında açıq halda olan kanalizasiya lyukuna qapağın qoyulması, R.Aboyev adına parkın qarşısında piyada keçidi zolaq xəttinin çəkilməsi, Q.Hacıbababəyov küçəsində əvvəlki küçə işıqlarının bərpa olunması, Ə.Məmmədov küçəsi 5 saylı binanın yaxınlığında evə tərəf əyilmiş və budaqları elektrik naqillərinə toxunan 1 ədəd xan çinarı ağacının budanması, M.Məmmədxan küçəsində kanalizasiya lyukunun çökməsi və küçə boyu digər lyukların təmir edilməsi ilə əlaqədar aidiyyəti qurumlara müvafiq tapşırıqlar verdi.
Bir kostyum şəkili ola bilər
Bir bir və ya daha çox şəxs şəkili ola bilər
Bir bir və ya daha çox şəxs şəkili ola bilər
Bir platforma və mətn şəkili ola bilər
Əvvəlki məqaləİdman liseyində Beynəlxalq Ana Dili Gününə həsr olunmuş tədbir keçirilib – FOTO