İdman liseyində Beynəlxalq Ana Dili Gününə həsr olunmuş tədbir keçirilib – FOTO

0
9089
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Binəqədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Vətən” İdman liseyində 21 Fevral – “Beynəlxalq Ana Dili Günü”nə həsr olunmuş “Azərbaycan dilinin tətbiqi” mövzusunda tədbir keçirildi.
Bineqedi.com xəbər verir ki, tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini-Ərazi təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Sevinc Süleymanova, Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Nicat Allahverdiyev, sektorun baş məsləhətçisi Elnur Məmmədov, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun aparıcı elmi işçisi dosent Təranə Şükürlü, “Vətən” İdman liseyinin direktoru Tərminə Əsədova, məktəbin pedoqoji kollektivi və şagirdlər iştirak etdilər.
Tədbir Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canına fəda edərək şəhidlik zirvəsinə ucalmış qəhrəman oğullarımızın əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsindən sonra Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə açıq elan edildi.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Tərminə Əsədova qonaqları salamlayaraq Azərbaycan dilinin tarixi, keçdiyi inkişaf yolu, dilimizə dövlət tərəfindən göstərilən qayğıdan danışdı.
Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini-Ərazi təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Sevinc Süleymanova çıxışında hər bir xalqın Ana dilinin onun milli sərvəti, xalqın milli kimliyinin göstəricisi olduğunu, tarix boyu xalqların, millətlərin keçdiyi yolun, onların mədəni səviyyəsinin ilk növbədə Ana dilində öz əksini tapdığını, dilimizin qorunması və ən dəyərli xəzinə kimi gələcək nəsillərə miras olaraq ötürülməsinin hər bir azərbaycanlının vətəndaşlıq borcu olduğunu, həm nitqimizdə, həm də yazılarımızda ədəbi dilin normalarına riayət etməyin vacibliyini qeyd etdi. Sevinc Süleymanova vurğuladı ki, Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqının milli varlığının əsas rəmzi olan ana dilimizin saflaşdırılması və zənginləşdirilməsi istiqamətində atdığı çox mühüm addımlar dilimizin inkişafı və qorunmasına yönələn düşünülmüş siyasətin nəticəsidir. Bu ənənələri Ümummilli Lider Heydər Əliyev siyasətinin layiqli davamçısı Azərbaycan Rerspublikasının Prezidenti cənab İlham Əliyev uğurla davam etdirməkdədir. Bu gün Azərbaycan dili ən yüksək səviyyədə siyasi, iqtisadi və mədəni tribunalardan eşidilir və dilimiz siyasi müzakirələr, mədəni yığıncaqlar, elmi simpoziumlar dilidir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi kimi, “Əsrlər boyu bizi xalq kimi, millət kimi qoruyub saxlayan bizim ana dilimizdir, Azərbaycan dilidir. Azərbaycan dilinin qorunması hamımızın vəzifəsidir”
AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun aparıcı elmi işçisi dosent Təranə Şükürlü “Dövlət qurumlarında və orta məktəblərdə Azərbaycan dilinin tətbiqi” mövzusunda çıxış etdi. O, Azərbaycan dilinin dövlət səviyyəsində mövqeyinin qorunması və inkişaf etdirilməsi istiqamətində Ümummilli Lider Heydər Əliyevin misilsiz xidmətlərini xüsusilə qeyd edərək, bu sahədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq fərman və sərəncamlarından söhbət açaraq qeyd etdi ki, dövlətimizin başçısının Azərbaycan dilinin qloballaşma şəraitində hərtərəfli inkişafı, ədəbi dil normalarının qorunması istiqamətində atdığı addımlar Azərbaycan dilçiləri tərəfindən minnətdarlıqla qarşılanır. Dilçi alim vurğuladı ki, “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” müvafiq qurumlar qarşısında mühüm tələblər qoyur. Hər bir vətəndaş dövlət dilindən düzgün istifadə ilə bağlı tələblərə əməl etməlidir. Təşkil olunmuş tədbirin Dilçilik İnstitutu ilə keçirilməsinin də məqsədi dildən düzgün istifadə qaydalarına və normalara əməl etməsi, dilimizə yeni daxil olmuş sözlərin istifadə formaları barədə maarifləndirilməsidir.
Təranə Şükürlü çıxışında rəsmi-işgüzar sənədlərdə ədəbi dilin normalarının qorunması, durğu işarələrindən istifadə, orfoqrafiya və orfoepiya normalarındakı yeniliklər barədə məlumat verdi, nümunələrlə fikrini izah etdi, eləcə də şagirdlərin suallarını cavablandırdı.
Tədbirin sonunda məktəblilər Ana dilimiz haqqında şeir kompazisiyası təqdim etdilər.
Şəkilin açıqlaması yoxdur.
Şəkilin açıqlaması yoxdur.
Bir dərs şəkili ola bilər
Bir platforma və mətn şəkili ola bilər
Bir dərs şəkili ola bilər
Şəkilin açıqlaması yoxdur.
Əvvəlki məqaləBinəqədi Rayon İcra Hakimiyyətində növbəti qəbul – FOTO
Növbəti məqalədəElxan Allahverdiyevin M.Ə.Rəsulzadə qəsəbə sakinləri ilə səyyar qəbulu keçirilib – FOTO