Elxan Allahverdiyevin Xocəsən qəsəbə sakinləri ilə səyyar qəbulu keçirilib – FOTO

0
9879
Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin Xocəsən qəsəbə sakinləri ilə səyyar qəbulu keçirildi.
Bineqedi.com xəbər verir ki, görüşdə Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Aparatın məsul şəxsləri, bələdiyyə, inzibati ərazi dairəsi üzrə nümayəndəliyin, xidmət sahələrinin rəhbərləri iştirak etdilər.
Rayon İcra Hakimiyyəti başçısı ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlər barədə vətəndaşlara ətraflı məlumatlar verdi. Qəsəbə sakinləri bundan öncəki görüşlərdə qaldırılmış problemlərin müsbət həlli ilə bağlı dövlət başçısına öz təşəkkürlərini bildirdilər.
Daha sonra RİH başçısı Elxan Allahverdiyev görüşdə iştirak edən sakinlərin Xəzri küçəsində 103 saylı məktəbə məxsus təmiz su hövzəsinin yaxınlığında sakinlər tərəfindən qazılmış şambonun ləğv edilməsi, Turaclı küçəsində güclü yağıntı zamanı vətəndaşın evinin qarşısına yığılan suyun aradan qaldırılması ilə bağlı tədbir görülməsi, Nicat Səmədov küçəsinin qalan hissəsinin asfaltlanması və işıqlandırılması, Üfüq küçəsində qurumuş şam ağaclarının götürülməsi, Xocəsən yeni yaşayış massivinin yaxınlığında yeni salınmış park ərazisində işıqlandırılmanın təmin edilməsi, Qəsəbə ərazisində sakinlərin çoxluğunu nəzərə alaraq, Xocəsən sağlamlıq mərkəzi üçün əlavə korpusun inşa edilməsi və həkim sayının artırılması, Şagirdlərin çoxluğunu nəzərə alaraq, 103 saylı orta məktəb üçün əlavə korpusun inşa edilməsi ilə əlaqədar aidiyyəti qurumlara müvafiq tapşırıqlar verdi.
Şəkilin açıqlaması yoxdur.
Bir dərs şəkili ola bilər
Şəkilin açıqlaması yoxdur.
Bir bir və ya daha çox şəxs, dərs oxuyan insanlar və mətn şəkili ola bilər
Əvvəlki məqaləElxan Allahverdiyev: YAP özünün ən qüdrətli dövrünü yaşayır
Növbəti məqalədə90 faizi Qərbi azərbaycanlı olan məhəllə: Bakının ən köhnə ərazilərindən birində həyat necədir?