90 faizi Qərbi azərbaycanlı olan məhəllə: Bakının ən köhnə ərazilərindən birində həyat necədir?

0
9091

Bakının mərkəzi hissələrindən birində, sanki başqa bir dünyada yerləşən “Xutor” məhəlləsi paytaxtın ən köhnə yaşayış sahələrindən biridir.

Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində yerləşən bu ərazi dar küçələri, sıx evləri ilə tanınır.

 

 

“Xutor” sakinləri Baku TV-nin məhəllə haqqında hazırladığı reportajda bildiriblər ki, onları ən çox narahat edən məsələ evlərinin təmirsiz olmasıdır.

“Burada yaşayanların demək olar ki, 90 faizi Qərbi Azərbaycandan gələnlərdir. Buradakı evlər özbaşına tikililərdir”, “20 yaşımdan burada yaşayıram. Evimiz balacadır. İstəyirəm ki, söksünlər, övladımın evi olsun”, “Suyu, qazı yaxşıdır. Amma evlərimiz təmirsizdir”, – deyə sakinlər söyləyiblər.

Əvvəlki məqaləElxan Allahverdiyevin Xocəsən qəsəbə sakinləri ilə səyyar qəbulu keçirilib – FOTO
Növbəti məqalədəAzərbaycanın göndərdiyi humanitar yardımı daşıyan yük maşınları İrana keçdi – VİDEO – FOTO