Bakının Binəqədi rayonunda yaşayış binasında yanğın başlayıb.
Bineqedi.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin yaydığı məlumatda deyilir.
Bildirilib ki, bu gün saat 02 radələrində Binəqədi rayonu, Cəfər Xəndan küçəsində yerləşən 9 mərtəbəli yaşayış binasında yanğın baş verib.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub.
Polis əməkdaşları tərəfindən əraziyə nəzarət təmin edilir və təhlükəsizlik tədbirləri görülür.
Yanğının söndürülməsi istiqamətində zəruri tədbirlər davam etdirilir.
***
Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi, 145 ünvanında yerləşən yaşayış binasında yanğın olub.
FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Bakı Regional Mərkəzinin qüvvələri əraziyə cəlb olunub.
FHN qüvvələrinin çevik müdaxiləsi sayəsində doqquzmərtəbəli yaşayış binasında mənzildə baş vermiş yanğın genişlənməsinə, o cümlədən digər mənzillərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində ümumi sahəsi 50kv.m. olan ikiotaqlı mənzilin yanar konstruksiyaları yanıb.
Digər mənzillər yanğından mühafizə olunub.
Xəsarət alan olmayıb.

















