Bayramı namazının vaxtı və fitrə zəkatının məbləği AÇIQLANDI

0
10994

“Ramazan bayramının şəvval ayının hilalının görünməsindən asılı olaraq böyük ehtimalla martın 20-nə təsadüf edəcəyi gözlənilir”.

Bineqedi.com xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsindən bildirilib.

Qeyd olunub ki, Qazılar Şurasının fətvasına əsasən, adambaşına 10-15 manat məbləğində fitrə zəkatının verilməsi tövsiyə edilir.

Bildirilib ki, fitrə zəkatı canın sədəqəsi sayılır və maddi imkanı olan müsəlmanların ailə üzvlərinin hər biri üçün fitrə çıxarması, onu ehtiyacı olan şəxslərə və aztəminatlı ailələrə verməsi vacibdir. Bu ənənə bayram günlərində ehtiyacı olan insanların da sevinc yaşamasına şərait yaradır.

QMİ-dən verilən məlumata görə, ölkənin bütün məscidlərində bayram namazı qılınacaq. Bakıda Əjdərbəy məscidində bayram namazı saat 08:00-da, Təzəpir məscidində isə saat 09:00-da qılınacaq.

***

Bu gecə Azərbaycanda ramazan ayının ehtimal edilən növbəti Qədr (əhya) gecəsidir.

Qədr gecəsi ramazan ayının 26-dan 27-nə, yəni martın 16-dən 17-nə keçən gecəyə təsadüf edir.

Qeyd edək ki, Qədr gecəsi Allahın kitabı Quranın nazil olmağa başladığı gecədir. Qurani-Kərim İslam peyğəmbərinə 23 il ərzində hissə-hissə nazil olub.

Xatırladaq ki, ramazan ayı Azərbaycanda fevralın 19-də başlayıb. Şəvval ayının 1-də, yəni martın 20-də Ramazan (Fitr) bayramı olacaq.

Əvvəlki məqaləHərbi xidmətdən yayınanlara qarşı qaydalar SƏRTLƏŞDİRİLİR