Bakıda eşidilən dron səsləri ilə bağlı rəsmi AÇIQLAMA – VİDEO

0
9094
baki-park-yasilliq-mese-baku.png

Gecə saatlarında Bakıda dron uçması ilə bağlı məlumatlar yayılıb.

Dron səsi daha çox Zabrat ərazisində müşahidə edilib və əhali arasında müzakirələrə və panikaya səbəb olub.

Hərbi ekspert Ədalət Verdiyev bu gecə Bakı səmasında müşahidə olunan PUA-ların  Azərbaycana aid olduğunu bildirib.

“Uçuşlar paytaxtın hava məkanına nəzarət və təhlükəsizliyin təmin edilməsi məqsədi daşıyır. Daha əvvəllər də buna bənzər uçuşlar keçirilib. Narahatlıq üçün səbəb yoxdur”.

Qeyd edək ki, Müdafiə Nazirliyinindən manset.az-a bildirilib ki, narahatlığa heç bir əsas yoxdur.

 

Əvvəlki məqaləBakıda Novruz ərəfəsində geniş təmizlik işləri aparılıb – Foto
Növbəti məqalədəQəbul imtahanlarının II mərhələsinin tarixləri – Açıqlandı