Elxan Allahverdiyevin 7-ci mikrorayon sakinləri ilə səyyar qəbulu keçirilib – FOTO

0
10992
Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin 7-ci mikrorayon sakinləri ilə səyyar qəbulu keçirildi.
Bineqedi.com saytı xəbər verir ki, görüşdə Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Aparatın məsul şəxsləri, bələdiyyə, inzibati ərazi dairəsi üzrə nümayəndəliyin, xidmət sahələrinin rəhbərləri iştirak etdilər.
Rayon İcra Hakimiyyəti başçısı ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlər barədə vətəndaşlara ətraflı məlumatlar verdi. Qəsəbə sakinləri bundan öncəki görüşlərdə qaldırılmış problemlərin müsbət həlli ilə bağlı dövlət başçısına öz təşəkkürlərini bildirdilər.
Daha sonra RİH başçısı Elxan Allahverdiyev görüşdə iştirak edən sakinlərin 244 saylı məktəbin yanında olan quru ağacın kəsilməsi, A.Kunanbayev küçəsi 5/13 saylı binanın qarşısında Azəristilik tərəfindən aparılan qazıntı işlərindən sonra sıradan çıxmış asfalt örtüyünün bərpa edilməsi, A.Kunanbayev küçəsi 28 saylı binanın navalçalarının təmiri, A.Kunanbayev küçəsi 7/19 saylı binanın 5-ci mərtəbəsində yerləşən 44-cü mənzilin dam örtüyünün təmiri, F.Məlikov 2v saylı ünvanda quru ağacların kəsilməsi, F.Məlikov parkında işıq dirəklərində yanmayan lampaların dəyişdirilməsi, S.S.Axundov 2et saylı ünvanın qarşısında ADSEA tərəfindən aparılan qazıntı işlərindən sonra sıradan çıxmış asfalt örtüyünün bərpa edilməsi ilə əlaqədar aidiyyəti qurumlara müvafiq tapşırıqlar verdi.
Bir bir və ya daha çox şəxs şəkili ola bilər
Bir bir və ya daha çox şəxs şəkili ola bilər
Bir bir və ya daha çox şəxs şəkili ola bilər
Bir bir və ya daha çox şəxs və mətn şəkili ola bilər
Bir bir və ya daha çox şəxs və dərs oxuyan insanlar şəkili ola bilər
Əvvəlki məqaləAzərbaycanda MÜHÜM QƏRAR: Hansı şəxslərə pensiya ömürlük təyin edilməlidir?