Bakı şəhərinə bir neçə gün ərzində yağan şiddətli yağışlardan sonra onun fəsadlarının aradan qaldırılması və sanitar-təmizlik səviyyəsinin lazımı səviyyəyə çatdırılması məqsədilə paytaxtda keçirilən ümumşəhər iməciliyi çərçivəsində Binəqədi rayonunda da ətraf mühitin mühafizəsinə töhfə vermək, yaşıllıq zolaqlarının daha da genişləndirmək, qulluq göstərmək məqsədilə növbəti ümumrayon iməciliyi keçirildi.
Bineqedi.com-a verilən məlumata görə, Rayonun Mənzil Kommunal Təsərrüfat Birliyinin, idarə, müəssisə və təşkilatlarının əməkdaşlarının iştirakı ilə keçirilən növbəti iməclikdə ərazidə təmizlik işləri aparılmış, prospekt və küçələrdə yollar, səki kənarları, bina fasadları, vitrinlər, işıq dirəkləri, yol kənarındakı məhəccərlər, məişət tullantıları konteynerlərinin ətrafı yuyulmuş, yol və prospektlərin kənarlarındakı ağacların və yaşıllıqların üzərinə yığılan toz-torpağın yuyulması, onlara aqrotexniki qulluq göstərilməsi həyata keçirilmişdir. Otlaq və digər yanğına həssas tullantılar ərazilərdən təmizlənib çıxarılmış, səliqə-səhman işləri aparılmışdır.
Rayon ərazisində təmizlik və abadlıq işləri mütəmadi olaraq davam edir.

























