Elxan Allahverdiyevin 8-ci mikrorayon sakinləri ilə səyyar qəbulu keçirilib – FOTO

0
9094
Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin 8-ci mikrorayon sakinləri ilə səyyar qəbulu keçirildi.
Bineqedi.com xəbər verir ki, görüşdə Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Aparatın məsul şəxsləri, bələdiyyə, inzibati ərazi dairəsi üzrə nümayəndəliyin, xidmət sahələrinin rəhbərləri iştirak etdilər.
Rayon İcra Hakimiyyəti başçısı ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlər barədə vətəndaşlara ətraflı məlumatlar verdi. Mikrorayon sakinləri bundan öncəki görüşlərdə qaldırılmış problemlərin müsbət həlli ilə bağlı dövlət başçısına öz təşəkkürlərini bildirdilər.
Daha sonra RİH başçısı Elxan Allahverdiyev Azadlıq prospekti 164 saylı ünvanda asfalt örtüyünün bərpası və həmin binada liftin təmir edilməsi, K.Rəhimov küçəsi 53 saylı ünvanda dam örtüyünün dəyişdirilməsi, həmin binada zirzəminin dezinfeksiya edilməsi və vətəndaşın rayon ərazisində keçiriləcək idman yarışlarında iştirak etməsinə köməklik göstərilməsi, Ə.Naxçıvani küçəsi 3 saylı ünvanda işıqların tez-tez sönməsi və həmin ünvana piyada keçidi zolaq xəttinin çəkilməsi, Ə.Naxçıvani küçəsi 27 saylı ünvanda liftin nasaz vəziyyədə olması və həmin binada işıqların tez –tez sönməsi, 102 saylı məktəbin həyətində qurumuş ağacların kəsilməsi, İ.Dadaşov küçəsində yerləşən Tennis Akademiyasının yanından Ə.Naxçıvani küçəsi bina 24 a ünvanına qədər olan məsafədə sıradan çıxmış asfalt örtüyünün bərpası, K.Rəhimov küçəsi 33 saylı ünvanda qurumuş ağacların kəsilməsi, Ş.Rəhimov 55 saylı ünvanda yağışdan sonra sıradan çıxmış asfalt örtüyünün bərpası ilə əlaqədar aidiyyəti qurumlara müvafiq tapşırıqlar verdi.
Bir bir və ya daha çox şəxs, dərs oxuyan insanlar və mətn şəkili ola bilər
Bir bir və ya daha çox şəxs, platforma və mətn şəkili ola bilər
Bir bir və ya daha çox şəxs və mətn şəkili ola bilər
Bir bir və ya daha çox şəxs, platforma və mətn şəkili ola bilər
Bir bir və ya daha çox şəxs və mətn şəkili ola bilər
Bir bir və ya daha çox şəxs və mətn şəkili ola bilər
Əvvəlki məqaləPrezident İlham Əliyev “Sülh və Barışıq üçün Gernika mükafatı”na layiq görüldü