Əməkdar elm xadimi, tibb elmləri doktoru, görkəmli oftolmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 103-cü ildönümü münasibətilə Binəqədi Rayon İcra Hakimiyyəti və Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin avtomobil Səyyar Klinikası ilə birlikdə Binəqədi rayonunun Xocasən qəsəbəsində humanitar aksiya həyata keçirildi.
Bineqedi.com xəbər verir ki, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin avtomobil Səyyar Klinikasının peşəkar həkim heyəti Binəqədi rayonu Xocəsən qəsəbəsində şəhid ailələri və müharibə əlilləri üçün dövlətimiz tərəfindən inşa olunmuş evlərdə yaşayan sakinlərə tibbi xidmət göstərdilər.
Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini-Ərazi təşkilat və humanitar məsələlər şöbəsinin müdiri Sevinc Süleymanova müayinədən keçən sakinlərlə görüşərək onların hər birinə cansağlığı arzu edərək həkimlərə təşəkkürünü bildirdi. Ən müasir tibbi avadanlıqlarla təhciz olunmuş Mərkəzinin avtomobil Səyyar Klinikasında rayon sakinləri yüksək səviyyədə göz müayinəsi və həkim konsultasiyası xidmətlərindən yararlandılar.
Qəsəbə sakinləri şəhid ailələrinə, qazilərə göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını, keçirilən humanitar aksiya çərçivəsində Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin peşəkar həkim komandasına təşəkkürlərini bildirdilər.























