Elxan Allahverdiyevin Biləcəri qəsəbə sakinləri ilə səyyar qəbulu keçirilib – Foto

0
10993
Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin Biləcəri qəsəbə sakinləri ilə səyyar qəbulu keçirildi.
Bineqedi.com xəbər verir ki, görüşdə Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Aparatın məsul şəxsləri, bələdiyyə, inzibati ərazi dairəsi üzrə nümayəndəliyin, xidmət sahələrinin rəhbərləri iştirak etdilər.
Rayon İcra Hakimiyyəti başçısı ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlər barədə vətəndaşlara ətraflı məlumatlar verdi. Qəsəbə sakinləri bundan öncəki görüşlərdə qaldırılmış problemlərin müsbət həlli ilə bağlı dövlət başçısına öz təşəkkürlərini bildirdilər.
Daha sonra RİH başçısı Elxan Allahverdiyev görüşdə iştirak edən sakinlərin R.İsmayılov küçəsində avtomobil yolunun xətlənməsi, sürət həddini təyin edən yol nişanının quraşdırılması və kameraların quraşdırılması, Y.Hüseynov küçəsi 14a saylı binanın qarşısında ağacın budanması, eyni küçədə 14a və 3a saylı binalarının qarşısının asfaltlanması, Asəf Zeynallı küçəsi 22a saylı binanın zirzəmisindən çirkab suların çəkilməsi, Mehdi Hüseynzadə küçəsində qurumuş ağacın götürülməsi, 298 saylı məktəbin həyətində axan suyun qarşısının alınması, Xudadat Məlikaslanov küçəsində yarımçıq binanın zirzəmisindən suyun çəkilməsi, İpək yolu,Görüş və Dərya küçələrində çəkilmiş 300 mm-lik kanalizasiya xəttinin yeni çəkilmiş 800 mm-lik kollektora birləşməsində köməkliyin göstərilməsi ilə əlaqədar aidiyyəti qurumlara müvafiq tapşırıqlar verdi.
Bir bir və ya daha çox şəxs və mətn şəkili ola bilər
Bir bir və ya daha çox şəxs şəkili ola bilər
Bir bir və ya daha çox şəxs və mətn şəkili ola bilər
Bir bir və ya daha çox şəxs və mətn şəkili ola bilər
Şəkilin açıqlaması yoxdur.
Əvvəlki məqaləBakıda yeni YOL BAĞLANTISI qurulur