Bakı şəhər Binəqədi rayonu 9-cu mikrorayon ərazisində faciəvi hadisə baş verib.
Bineqedi.com saytı qafqazinfo-ya istinadən xəbər verir ki, mənzillərin birində 13 yaşlı Kamran Abıyev və atası Əbülfəz Abıyevin meyiti tapılıb.
İlkin məlumata görə, ata-oğul mənzilə qazsızması nəticəsində boğularaq vəfat edib.
Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır.
Qeyd edək ki, K.Abıyev Nəsimi rayon 247 saylı orta məktəbin 7-ci sinif şagirdi olub.


















