Hərbi xidmətdən yayınanları hansı cəzalar gözləyir?

0
9091

Hərbi xidmətə çağırışdan və ya səfərbərlik üzrə çağırışdan üzrlü səbəb olmadan yayınan şəxslər qanunvericiliyə uyğun olaraq inzibati və cinayət məsuliyyəti daşıyırlar.

Bineqedi.com xəbər verir ki, İnzibati Xətalar Məcəlləsinin 606.3-cü maddəsinə əsasən çağırışçıların və hərbi vəzifəlilərin qanunla nəzərdə tutulmuş hallarda həqiqi hərbi xidmətə çağırış, tibbi müayinə (tibbi şəhadətləndirilmə), hərbi hissələrə təhkim edilmə, müvafiq toplanışlarla əlaqədar çağırış üzrə müvafiq icra hakimiyyəti orqanına üzrlü səbəblər olmadan gəlməməsinə görə onlar barəsində 300 manatdan 500 manatadək məbləğdə cərimə, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla 160 saatdan 240 saatadək ictimai işlər tətbiq olunur.

Cinayət Məcəlləsinin 321.1-ci maddəsinə əsasən qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan və ya səfərbərlik üzrə çağırışdan boyun qaçırma 2 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Həmin cinayət işləri üzrə istintaqın aparılması prokurorluq orqanlarının səlahiyyətindədir.

Əvvəlki məqaləAzərbaycanda hər gün 41 nəfərə xərçəng diaqnozu qoyulur – ŞOK RƏQƏMLƏR
Növbəti məqalədəBakıda dəyişkən iş qrafiki: yolda keçən vaxt nə qədər azalacaq?