Binəqədidə “İnsan Hüquqları: dini etiqad azadlığı” mövzusunda tədbir keçirilib -FOTO

0
9101
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Binəqədi Rayon İcra Hakimiyyəti və Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət peşə təhsil Mərkəzi birgə təşkilatçılığı ilə “İnsan hüquqları aylığı” çərçivəsində “İnsan Hüquqları: dini etiqad azadlığı” mövzusunda tədbir keçirildi.
Bineqedi.com xəbər verir ki, tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər sektorunun baş məsləhətçisi Elnur Məmmədov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şəhəri üzrə bölmənin əməkdaşları Amal Məlikov və Rəşadət Hidayətov və Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət peşə təhsil Mərkəzinin müəllim-tələbə heyəti iştirak etdilər.
Ölkəmizdə insan hüquqları sahəsində ilk strateji dövlət sənədi olan “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı” Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən 1998-ci ilin 18 iyun tarixində təsdiq edilib və insan hüquqlarının təmin olunması dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilib. Bunu nəzərə alaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2007-ci il 18 iyun tarixli Sərəncamı ilə hər il iyunun 18-i Azərbaycan Respublikasında İnsan hüquqları günü kimi qeyd edilir.
Çıxışlar zamanı Azərbaycan Respublikasının qanunvericiliyində əks olunmuş əsas insan və vətəndaş hüquq və azadlıqları haqqında iştirakçılara geniş məlumat verilib, ölkəmizdə Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən hüquqi dövlət quruculuğu siyasətindən, insan hüquq və azadlıqlarının layiqincə qorunması istiqamətində görülmüş işlərdən danışıldı. Tədbirdə dini radikalizmin, dini ekstremizmin, xurafatın cəmiyyətimizdə insan hüquq və azadlıqlarına yaratdığı fəsadlar və onlara qarşı aparılan mübarizə yolları haqqında ətraflı məlumat verildi.
Diskussiya formatında keçən görüşdə gəncləri maraqlandıran suallar cavablandırıldı.
Bir mətn şəkili ola bilər
Bir bir və ya daha çox şəxs və mətn şəkili ola bilər
Bir bir və ya daha çox şəxs və dərs oxuyan insanlar şəkili ola bilər
Bir dərs, cədvəl və mətn şəkili ola bilər
Əvvəlki məqaləMüstəqilliyimizin memarı!!!