Başı stadionun dəmirləri arasında qaldı – Xilas anları+Video

0
9095

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Binəqədi rayonu, Azadlıq prospektində uşağın köməyə ehtiyacı olması barədə məlumat daxil olub.

Bineqedi.com xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən, 2015-ci il təvəllüdlü uşağın başının stadionun dəmir barmaqlıqları arasında sıxılaraq təhlükəli vəziyyətdə qaldığı müəyyən edilib.

Xilasedicilər xüsusi xilasetmə vasitələrini tətbiq edərək E.Gülməmmədovu xilas ediblər.

 

Əvvəlki məqaləMilli Qurtuluş Günü: Azərbaycan dövlətçiliyinin yox olmaqdan xilas edildiyi tarix – VİDEO
Növbəti məqalədəBakının 6 rayonunda yollar təmir olunacaq – SİYAHI