Binəqədi rayonunda abadlıq-quruculuq işləri davam etdirilir.
Bineqedi.com xəbər verir ki, Binəqədi rayonu Biləcəri qəsəbəsi, Əhməd Qasımov və Yəhya Hüseynov küçələrinin kəsişməsi, eləcə də, Mehri Məmmədova küçəsində abadlıq işləri çərçivəsində yeni asfalt örtüyü çəkilmişdir. Görülən işlər ərazidə sakinlərin rahat hərəkəti üçün yol infrastrukturunun yaxşılaşdırılmasına xidmət edir. Aparılan abadlıq tədbirləri zamanı köhnəlmiş yol örtüyü yenilənmiş, yeni asfalt örtüyü salınmışdır.
Bildirilib ki, rayonun digər qəsəbələrinin yollarında da təmir-bərpa işləri mütəmadi olaraq davam etdiriləcək.




















