Bakıya mövsümi işə görə gəlibmişlər… – Təfərrüat

0
9094

Dünən Xəzər rayonu Mərdəkan çimərliyində batan 4 gəncin hamısı Lerik rayonunun Orand kənd sakinləri olub.

Meyiti sudan çıxarılan 2005-ci il təvəllüdlü Əbdülov Elnur İsa oğlu və qardaşı 2007-ci il təvəllüdlü Elmarın nəşləri dəfn edilmək üçün doğma kəndlərinə aparılıb. 1991-ci il təvəllüdlü Əzimov Namiq İsabala oğlu isə Bakıda dəfn olunacaq. Hazırda Namiqin qohumu 2003-cü il təvəllüdlü Məcidov Pərviz Zöhrab oğlunun axtarışları davam etdirilir.

Bildirilib ki, vəfat edən gənclər paytaxta mövsümi işlə bağlı gəlibmiş. Onlar Xəzər rayonu ərazisində tikinti sahəsində usta və fəhlə kimi çalışıblar və dünən işlərini yekunlaşdıraraq təhvil veriblər. Bundan sonra 4 gənc istirahət məqsədilə dəniz sahilinə yollanıb.qafqazinfo.az

Əvvəlki məqaləRayon qatarları artıq Dərnəgül stansiyasında da dayanacaq
Növbəti məqalədəBinəqədidə sirkədən zəhərlənən kişi 10 gün sonra öldü