Elxan Allahverdiyevin 9-cu mikrorayon sakinləri ilə səyyar qəbulu keçirilib – FOTO

0
9882
Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin 9-cu mikroayon sakinləri ilə səyyar qəbulu keçirildi.
Bineqedi.com xəbər verir ki, görüşdə Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Aparatın məsul şəxsləri, bələdiyyə, inzibati ərazi dairəsi üzrə nümayəndəliyin, xidmət sahələrinin rəhbərləri iştirak etdilər.
Rayon İcra Hakimiyyəti başçısı ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlər barədə vətəndaşlara ətraflı məlumatlar verdi. Mikrorayon sakinləri bundan öncəki görüşlərdə qaldırılmış problemlərin müsbət həlli ilə bağlı dövlət başçısına öz təşəkkürlərini bildirdilər.
Daha sonra RİH başçısı Elxan Allahverdiyev görüşdə iştirak edən sakinlərin A.Məmmədov küçəsi 145 saylı ünvanında kanalizasiyaya qapağın qoyulması, A.Məmmədov küçəsi 119 saylı ünvanda yerləşən parkda tut ağacının budanması və parka mopedlərin girişinin qadağan olunması, M.Cəlal küçəsi 27 saylı ünvanda Azəristilik tərəfindən aparılan qazıntı işlərindən sonra asfalt örtüyünün vurulması, H.Babaşov küçəsi 9 saylı ünvanda girişlərin dezinfeksiya olunması və həmin ünvanda tut ağacının həşəratlara qarşı dərmənlanması, M.Cəlal küçəsi 105 və 127 saylı ünvanlarında mövcud işıq dirəklərində lampaların dəyişdirilməsi, Ü.Hacıbəyov küçəsi 2a və 203 saylı ünvanlarda zirzəmidən suyun çəkilməsi və dezinfeksiya olunması, Dağıstanlı küçəsi 57a saylı ünvanda ağacın elektrik xəttlərinin üzərinə aşma təhlükəsi olması ilə əlaqədar aidiyyəti qurumlara müvafiq tapşırıqlar verdi.
Bir bir və ya daha çox şəxs və dərs oxuyan insanlar şəkili ola bilər
Bir klarnet və skripka şəkili ola bilər
Bir bir və ya daha çox şəxs və bunu deyən yazı "농수원품 ገስ i" şəkili ola bilər
Bir bir və ya daha çox şəxs, dərs oxuyan insanlar, döyüş sənətləri ilə məşğul olan insanlar və klarnet şəkili ola bilər
Əvvəlki məqalə“Pulsuz təhsil dünyanın heç yerində yoxdur” – Nazir