“Yaşadıqları dövlətdən kənarda olarkən işçilərlə istehsalatda baş vermiş bədbəxt hadisələrin təhqiqatı qaydası haqqında” 1994-cü il 9 dekabr tarixli Sazişə dəyişikliklərin edilməsi haqqında Protokol”un təsdiq edilib.
Bineqedi.com xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev Fərman imzalayıb.
Fərmana əsasən, 2025-ci il iyunun 5-də Düşənbə şəhərində Müstəqil Dövlətlər Birliyi Hökumət Başçıları Şurasının iclasında imzalanmış “Yaşadıqları dövlətdən kənarda olarkən işçilərlə istehsalatda baş vermiş bədbəxt hadisələrin təhqiqatı qaydası haqqında” 1994-cü il 9 dekabr tarixli Sazişə dəyişikliklərin edilməsi haqqında Protokol” təsdiq edilib.
Bu Fərmanın 1-ci hissəsində göstərilən Protokol qüvvəyə mindikdən sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etməli, Xarici İşlər Nazirliyi Protokolun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Müstəqil Dövlətlər Birliyinin İcraiyyə Komitəsinə bildiriş göndərməlidir.
***
Prezident İlham Əliyev dövlət adından yaradılan bir sıra publik hüquqi şəxslərin fəaliyyətinin yenidən təşkili ilə bağlı tədbirlər haqqında Fərman imzalayıb.
Fərmana əsasən, Dövlət Ehtiyatları Agentliyi, Mədəniyyət Nazirliyinin tabeliyindəki Kino Agentliyi, Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Balıqçılıq və Akvakultura Mərkəzi, Azərbaycan Elm Fondu, Minatəmizləmə Agentliyi, Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC), Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi, onun tabeliyindəki Hüquq və İnsan Haqları İnstitutu publik hüquqi şəxs statusundan çıxarılaraq büdcə təşkilatı statusuna keçirilib.
Bundan başqa, Fərmanla İqtisadiyyat Nazirliyi Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti, Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti, Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti, Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti publik hüquqi şəxslərinin MMC-lərə çevrilmə yolu ilə yenidən təşkilini iki ay müddətində təmin etməli, Cəmiyyətlərin dövlət qeydiyyatına alınması üçün onların nizamnaməsi təsdiq edildikdən sonra 3 gün müddətində “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanuna uyğun olaraq tədbirlər görməli, Cəmiyyətlər dövlət qeydiyyatına alındığı gündən bir ay müddətində aidiyyəti üzrə əmlakın onların balansına verilməsi üçün müvafiq tədbirlər görməli, fərmandan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görməlidir.
Bundan başqa, Nazirlər Kabineti “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi”nin strukturuna daxil olan “Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzi”nin və Marionet Teatrının əsasında Mədəniyyət Nazirliyinin tabeliyində büdcə təşkilatı qismində Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzinin və Marionet Teatrının yaradılmasını təmin etməli, “Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi”nin tabeliyində MMC-nin yaradılmasını və Şuşa şəhəri, eləcə də Şuşa rayonu ərazisində tikilmiş çoxmənzilli binaların və fərdi yaşayış evlərinin idarə edilməsi, habelə həmin ərazidə abadlaşdırma, yaşıllaşdırma, işıqlandırma və mənzil-kommunal təsərrüfatı sahələrində funksiyalarının həmin cəmiyyət vasitəsilə həyata keçirilməsini təmin etməlidir.
Maliyyə Nazirliyi yeni qurumların fəaliyyətinin maliyyələşdirilməsini cari ilin dövlət büdcəsində nəzərdə tutulmuş vəsait dairəsində təmin etməli, ölkə Prezidentinin “Dövlət maliyyəsinin səmərəli idarə edilməsinin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” 25 avqust 2025-ci il tarixli fərmanına uyğun olaraq, yaradılan yeni qurumların strukturunun, ştat vahidlərinin və əməkhaqqı sistemlərinin maliyyə ekspertizasını həyata keçirsin və onların optimallaşdırılması üçün tədbirlər görməlidir.
***
Prezident İlham Əliyev “İntellektual gömrük” informasiya sisteminin (İGİS) yaradılması və bununla əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında Fərman imzalayıb.
Fərmanla həmçinin “İntellektual gömrük” informasiya sistemi haqqında Əsasnamə təsdiq edilib.
İGİS-in sahibi və operatoru funksiyalarını Dövlət Gömrük Komitəsi həyata keçirir. Komitə İGİS-in formalaşdırılması, aparılması, fəaliyyətinin təşkili və inkişaf etdirilməsi üçün zəruri tədbirlər görməli, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birlikdə, ölkə Prezidentinin 3 iyun 2019-cu il tarixli fərmanı ilə təsdiq edilmiş “Hökumət buludu” (G-cloud) Konsepsiyası”na uyğun olaraq, İGİS-in “Hökumət buludu”nda yerləşdirilməsini, aparılmasını və təkmilləşdirilməsini təmin etməlidir.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ilə birlikdə “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında” ölkə Prezidentinin 12 sentyabr 2018-ci il tarixli fərmanının tələblərindən irəli gələn tədbirlərin həyata keçirilməsini təmin etməli, Əsasnamamədə qeyd olunan məlumatların ilkin mənbəyini formalaşdıran dövlət orqanları (qurumları) ilə birlikdə həmin məlumatların altı ay müddətində Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə olunmasını təmin etmək məqsədilə zəruri tədbirlər görməlidir.
Nazirlər Kabineti fərmandan irəli gələn məsələləri həll etməlidir.
***
Prezident İlham Əliyev Müdafiə Nazirliyinin hərbi qulluqçularına “general-mayor” ali hərbi rütbəsinin verilməsi haqqında Sərəncam imzalayıb.
Sərəncama əsasən, Müdafiə Nazirliyinin aşağıdakı hərbi qulluqçularına “general-mayor” ali hərbi rütbəsi verilib:
– polkovnik Rəsul Rasim oğlu Əliyevə;
– polkovnik Elçin Rəhim oğlu Abdullayevə;
– polkovnik Azər Əfrayıl oğlu Heybətliyə;
– polkovnik Gülməmməd Tofiq oğlu Rzayevə;
– polkovnik Ruslan Dünyaməddin oğlu Ağasiyevə.
***
Müdafiə Nazirliyinin hərbi qulluqçuları təltif edilib.
Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycanın müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə Müdafiə Nazirliyinin aşağıdakı hərbi qulluqçuları təltif ediliblər.
3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə
Fərəcov Təvəkkül Seyfulla oğlu – polkovnik
Məmmədov Kamil Sədiyar oğlu – polkovnik
Hüseynov Emil Əli oğlu – kapitan
“Vətən uğrunda” medalı ilə
Məmmədov Şahin Oruc oğlu – kontr-admiral
Abdullayev Tural Zakir oğlu – polkovnik
Məmmədov Rəşad Ramiz oğlu – 1-ci dərəcəli kapitan
Bəkirov Fərid Cahangir oğlu – polkovnik-leytenant
Hüseynov Elşən Yaşar oğlu – polkovnik-leytenant
İbrahimov Qadir Telman oğlu – polkovnik-leytenant
Məşiyev Nofəl Ərəstun oğlu – mayor
Hacıməmmədov Şirxan Şöhrət oğlu – baş gizir
“Hərbi xidmətlərə görə” medalı ilə
Əliyev Fərid Əlibaba oğlu – general-mayor
Abdullayev Xəyyam Vaqif oğlu – polkovnik
Babayev Rəşad Tahir oğlu – polkovnik
Cahangirov Cavanşir Əlisahib oğlu – polkovnik
Çobanov Roman Salman oğlu – tibb xidməti polkovniki
Əhmədov Fuad Məhəmmədağa oğlu – 1-ci dərəcəli kapitan
Əsgərov Əvəz Zəbirşah oğlu – polkovnik
Qənbərov Rəşad Müştaba oğlu – polkovnik
Mədətov İsmayıl Səfər oğlu – polkovnik
Rizvanov Səməndər Səməd oğlu – polkovnik
Rüstəmov Teyfur Çərkəz oğlu – polkovnik
Salayev Elçin Ələddin oğlu – polkovnik
Səfərov Anar Haqverdi oğlu – polkovnik
Vəliyev Gündüz İslam oğlu – polkovnik
Yaqubov Oruc İmran oğlu – polkovnik
Abdinov Tacirəddin Akif oğlu – polkovnik-leytenant
Baqiri Abduləli Məhəmmədəli oğlu – polkovnik-leytenant
Cavadov Əsədulla Yusif oğlu – polkovnik-leytenant
Kərimov İlqar Vaqif oğlu – polkovnik-leytenant
Qasımov Emil Xadim oğlu – ədliyyə polkovnik-leytenantı
Mehdiyev Rüstəm Süleyman oğlu – polkovnik-leytenant
Məmmədov Zamir Maarif oğlu – polkovnik-leytenant
Süleymanlı Elçin Səlimxan oğlu – polkovnik-leytenant
Şahverdiyev Xəyyam İkram oğlu – polkovnik-leytenant
Zayıdov Əziz Tahir oğlu – polkovnik-leytenant
Əməşov Rövşən Məmmədağa oğlu – mayor
Hacıyev Kənan Kamil oğlu – mayor
Hüseyinov Ramil İlham oğlu – mayor
Hüseynov Səbuhi Volodya oğlu – mayor
Məmmədov Əbil Alim oğlu – ədliyyə mayoru
Əkbərov Ceyhun İman oğlu – kapitan
Kavuzov Əhməd Mutalif oğlu – kapitan
Məmmədov Eldar Tapdıq oğlu – kapitan.

















