Azərbaycan Ordusunun 108 yaşı: Bakının küçələri hərbi yürüşlərlə əks-səda verir – FOTO

0
9091

Bu gün Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 108-ci ili tamam olur.

Bineqedi.com  xəbər verir ki, bu münasibətlə Bakının müxtəlif mərkəzi küçə və prospektlərində hərbi orkestrlərin müşayiəti ilə qulluqçuların yürüşləri başlayıb.

Yürüşlərdən əvvəl Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Hərbi qulluqçular saat 12:00-dək aşağıdakı marşrutlar üzrə yürüş edəcəklər:

I yürüş marşrutu: Heydər Əliyev Sarayı – Bülbül prospekti – Nizami Kino Mərkəzi – Neftçilər prospekti – Azadlıq meydanı – Dəniz Vağzalı;

II yürüş marşrutu: Şəhidlər xiyabanı – “Alov Qüllələri” kompleksi – Çəmbərəkənd parkı – metronun “İçərişəhər” stansiyası – Qala qapısı – Azərbaycan Dövlət Kukla Teatrı – Azneft dairəsi – Bəhram Gur heykəli;

III yürüş marşrutu: Q.Musabəyov parkı – Əbdürrəhim bəy Haqverdiyev küçəsi – Hüseyn Cavid prospekti – Hüseyn Cavid parkı – Parlament prospekti – Şəhidlər xiyabanı;

IV yürüş marşrutu: “Olimpik Star” İdman və Əyləncə Mərkəzi – Səməd Vurğun küçəsi – Zabitlər parkı – Bakı Dövlət Sirki – Heydər Əliyev Sarayı – İmadəddin Nəsimi heykəli – Neftçilər prospekti;

V yürüş marşrutu: Nəriman Nərimanov heykəli – Mərkəzi Park – Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı – Qış parkı – Heydər Əliyev sarayı – Azərbaycan Respublikasının Mərkəzi Bankı – “28 Mall” ticarət mərkəzi.






Əvvəlki məqaləİfşa olunan Fransa: Rəsmi Paris və deputatların cani erməni sevdası – ŞƏRH