Prezident İlham Əliyevə vətəndaşlardan təşəkkür və dəstək məktubları gəlməkdə davam edir.
Bineqedi.com saytı Binəqədi sakinlərinin dövlət başçısına ünvanladıqları məktublardan bəzilərini təqdim edir:
Möhtərəm cənab Prezident!
Hal-hazırda ölkəmizin bütün regionlarında sosial sahəyə xüsusi diqqət və qayğı göstərilir, eləcə də xüsusi qayğıya ehtiyacı olan uşaqların sağlamlığı və inkişafı istiqamətində mühüm işlər aparılır.
Sizin rəhbərliyiniz altında aparılan sosial islahatların nəticəsində yaradılmış Sosial Xidmətlər Mərkəzində ailəmiz öz sevincini tapmışdır. Övladım bu mərkəzdə aldığı psixoloq, loqoped, aktiv terapiya və digər reabilitasiya xidmətləri nəticəsində gündəlik həyat bacarıqlarını inkişaf etdirmiş, ünsiyyət və sosial adaptasiya sahəsində xeyli irəliləyiş əldə etmişdir. Mərkəzin peşəkar əməkdaşlarının qayğıkeş münasibəti və göstərdikləri diqqət ailəmizə böyük ümid və sevinc bəxş etmişdir.
Cənab Prezident, gələcəyimiz olan övladlarımızın rifahına xidmət edən belə xüsusi təşəbbüslərə görə bir daha Sizə dərin minnətdarlığımı bildirirəm.
Hörmətlə,
Səbinə Bədəlli
Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi.
***
Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan!
İncəsənət xadimlərinə və sənət adamlarına hər zaman göstərdiyiniz qayğı və diqqət üçün Sizə təşəkkürümü bildirirəm. Otuz illik səhnə fəaliyyətimə və teatr səhnələrində olan əməyimə verdiyiniz dəyər üçün Sizə sonsuz minnətdarlığımı ifadə edirəm.
Allah Sizi qorusun, cənab Prezident!
Biz sənət adamları hər zaman Sizinləyik və Sizin siyasətinizi dəstəkləyirik.
Hörmətlə,
Elnarə Heydərova,
Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının aktrisası
Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu.
***
Hörmətli cənab Prezident İlham Əliyev!
Sizi “Sülh və Barışıq üçün Gernika mükafatı”na layiq görülməyiniz və Ukraynanın İrpen şəhərinin fəxri vətəndaşı seçilməyiniz münasibətilə səmimi-qəlbdən təbrik edirəm.
Sizə möhkəm cansağlığı, uzun ömür və Azərbaycanın inkişafı, eləcə də beynəlxalq sülh və əməkdaşlığın möhkəmləndirilməsi naminə fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram.
Dərin hörmətlə,
Nigar Abdullayeva
Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu.

















