Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin Binəqədi qəsəbə sakinləri ilə səyyar qəbulu keçirildi.
Bineqedi.com xəbər verir ki, görüşdə Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Aparatın məsul şəxsləri, bələdiyyə, inzibati ərazi dairəsi üzrə nümayəndəliyin, xidmət sahələrinin rəhbərləri iştirak etdilər.
Rayon İcra Hakimiyyəti başçısı ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlər barədə vətəndaşlara ətraflı məlumatlar verdi. Qəsəbə sakinləri bundan öncəki görüşlərdə qaldırılmış problemlərin müsbət həlli ilə bağlı dövlət başçısına öz təşəkkürlərini bildirdilər.
Daha sonra RİH başçısı Elxan Allahverdiyev görüşdə iştirak edən sakinlərin Söyüdlər küçəsində ağacın budanması, C.Cabbarlı küçəsi döngə 1 ev 95 ünvanında ağacın budanması, Mətbuat küçəsi döngə 1 ünvanında sahibsiz heyvanların ərazidən götürülməsi, Bineyi-Qazi küçəsinda qaz xəttinin yerinin dəyişdirilməsi, 10 may küçəsi döngə 8 ünvanında kanalizasiya xəttinin bərpa olunması, Nicat Mustafayev küçəsində içməli sudan xoşagəlməz qoxunun gəlməsi, 335 saylı tam orta məktəbin ətrafında qaz turbasının dəyişdirilməsi, universitet təhsil haqqının ödənilməsinə köməklik göstərilməsi ilə əlaqədar aidiyyəti qurumlara müvafiq tapşırıqlar verdi.





















