Azərbaycanda 20-yə yaxın yeni hərbi infrastruktur istifadəyə verildi – FOTO – VİDEO

0
10999

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı nəticəsində ordumuzun maddi-texniki təminatı daha da gücləndirilir və müasir standartlara cavab verən hərbi infrastrukturlar qurulur.

Bineqedi.com xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Müdafiə Nazirliyinin rəhbər heyəti Hava Hücumundan Müdafiə (HHM) bölmələrinin istifadəsinə verilən yeni hərbi obyektlərə baxış keçirib.

Rəhbər heyətə məruzə olunub ki, respublikamızın müxtəlif bölgələrində yeni istifadəyə verilmiş 20-yə yaxın hərbi infrastruktur obyektlərində şəxsi heyətin xidməti-döyüş fəaliyyəti üçün lazımi şərait yaradılıb.

Obyektlərdə yeməkxana, mətbəx, tibb məntəqəsi, yataqxana, silah otağı, məişət otağı, hamam-sanitar qovşağı, qazanxana və su təchizatı kompleksi, eləcə də ərazinin fasiləsiz elektrik enerjisi ilə təmin olunması məqsədilə generatorlar mövcuddur. Binalar kommunal xidmət sistemləri və kommunikasiya xətləri, o cümlədən yanğın əleyhinə siqnalizasiya ilə təchiz edilib.

İnfrastrukturlar bütün zəruri ehtiyacları təmin etmək məqsədilə müasir avadanlıq, mebel və inventarlarla təchiz olunub.

General-polkovnik Zakir Həsənov ölkəmizin hava məkanının fasiləsiz müdafiəsi, bununla yanaşı HHM bölmələrində keçirilən təlim və məşqlər zamanı arsenala yeni daxil edilmiş müasir silah və texnikanın taktiki-texniki xüsusiyyətlərinin dərindən öyrənilməsi, onların döyüş şəraitində effektiv tətbiqi qaydalarının mənimsənilməsi barədə Hava Döyüş Komandanlığına müvafiq tapşırıqlar verib.

6a72db95f14616a72db95f146217859122136a72db95f145f6a72db95f14606a72db95e9cb26a72db95e9cb317859122136a72db95e9cb06a72db95e9cb16a72db95e213f6a72db95e214017859122136a72db95e213d6a72db95e213e6a72db95da0dd6a72db95da0de17859122136a72db95da0db6a72db95da0dc6a72db95d1a2e6a72db95d1a2f17859122136a72db95d1a2b6a72db95d1a2d6a72db95ba0246a72db95ba02517859122136a72db95ba0226a72db95ba023

Əvvəlki məqalə“Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları aradan qaldırılmalıdır”
Növbəti məqalədəBakıda qəbiristanlıqda İNSİDENT: Mollanı söydü, həbs olundu