Elxan Allahverdiyevin Binəqədi qəsəbə sakinləri ilə səyyar qəbulu keçirildi – FOTO

0
9096
Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin Binəqədi qəsəbə sakinləri ilə səyyar qəbulu keçirildi.
Bineqedi.com xəbər verir ki, görüşdə Rayon İcra Hakimiyyəti başçısının müavini, Aparatın məsul şəxsləri, bələdiyyə, inzibati ərazi dairəsi üzrə nümayəndəliyin, xidmət sahələrinin rəhbərləri iştirak etdilər.
Rayon İcra Hakimiyyəti başçısı ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlər barədə vətəndaşlara ətraflı məlumatlar verdi. Qəsəbə sakinləri bundan öncəki görüşlərdə qaldırılmış problemlərin müsbət həlli ilə bağlı dövlət başçısına öz təşəkkürlərini bildirdilər.
Daha sonra RİH başçısı Elxan Allahverdiyev görüşdə iştirak edən sakinlərin G.Ramazanov küçəsinin mərkəzi hissəsindən məscidə qədər olan yolun təmir edilməsi, 182 nömrəli tam orta məktəbin qarşısındakı piyada keçidinin yenilənməsi, Cəfər Cabbarlı, Günəş və Xan qızı küçələrində sahibsiz heyvanların ərazidən götürülməsi, Dirçəliş küçəsi döngə 1 ünvanında enerji təchizatının zəif olması və qaz xəttinin çəkilməsi, G.Ramazanov küçəsinin mərkəzi hissəsində dayanacaq quraşdırılmasına köməklik göstərilməsi ilə əlaqədar aidiyyəti qurumlara müvafiq tapşırıqlar verdi.
Bir bir və ya daha çox şəxs və mətn şəkili ola bilər
Bir mətn şəkili ola bilər
Bir bir və ya daha çox şəxs şəkili ola bilər
Bir bir və ya daha çox şəxs və kostyum şəkili ola bilər
Bir bir və ya daha çox şəxs şəkili ola bilər
Əvvəlki məqaləBinəqədi şosesində hərəkətin təşkili dəyişdirilir – VİDEO