Mənsurə Əliyeva: Tibb işçilərinin əməyinə verilən yüksək qiymət peşə məsuliyyətimizi daha da artırır

0
9090

Azərbaycan səhiyyəsinin inkişafı, tibb işçilərinin əməyinin qiymətləndirilməsi və onların sosial rifahının diqqətdə saxlanılması istiqamətində həyata keçirilən tədbirlər tibb işçiləri tərəfindən böyük minnətdarlıq hissi ilə qarşılanır.

Bineqedi.com xəbər verir ki, bunu AZƏRTAC- a açıqlamasında Binəqədi Tibb Mərkəzinin baş tibb bacısı Mənsurə Əliyeva deyib.

Tibb işçilərinin sosial rifahının gücləndirilməsinin daim dövlət başçısının diqqət mərkəzində olduğunu vurğulayan baş tibb bacısı Binəqədi Tibb Mərkəzinin işçiləri adından Birinci vitse-prezident Mehriban Əliyevaya tibb sahəsinə və bu sahədə çalışan insanlara göstərdiyi yüksək diqqət və qayğıya görə dərin təşəkkürünü bildirib: “Mehriban Əliyevanın səhiyyə sahəsinə göstərdiyi xüsusi diqqət, insan sağlamlığının qorunmasına yönəlmiş təşəbbüsləri və tibb işçilərinin əməyinə verdiyi yüksək qiymət səhiyyə əməkdaşları üçün böyük mənəvi stimul və qürur mənbəyidir. Eyni zamanda, TƏBİB rəhbərliyinə səhiyyə müəssisələrində çalışan əməkdaşların fəaliyyətinə göstərilən diqqət və qayğıya, onların əməyinin qiymətləndirilməsinə və səhiyyə sisteminin daha da təkmilləşdirilməsi istiqamətində görülən işlərə görə minnətdarıq.

Bu qərar uzun illər səhiyyə sahəsində böyük məsuliyyət və fədakarlıqla çalışan tibb işçilərinin əməyinə göstərilən yüksək diqqət və qayğının bariz nümunəsidir. Tibb işçilərinin zəhmətinin belə yüksək səviyyədə qiymətləndirilməsi onların peşələrinə olan bağlılığını və məsuliyyət hissini daha da gücləndirir. İnsan sağlamlığının keşiyində dayanan tibb işçiləri gecə-gündüz, ən çətin və məsuliyyətli anlarda öz peşə borclarını layiqincə yerinə yetirirlər. Bundan sonra da insanların sağlamlığının qorunması, tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi və vətəndaşlara layiqli xidmət göstərilməsi naminə öz vəzifələrini vicdanla və böyük məsuliyyətlə davam etdirəcəyik”.

Əvvəlki məqaləElxan Allahverdiyevin Binəqədi qəsəbə sakinləri ilə səyyar qəbulu keçirildi – FOTO