Elxan Allahverdiyevin 9-cu mikrorayon sakinləri ilə səyyar qəbulu keçirilib – FOTO

0
9092
Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin 9-cu mikrorayon sakinləri ilə səyyar qəbulu keçirildi.
Bineqedi.com xəbər verir ki, görüşdə Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Aparatın məsul şəxsləri, bələdiyyə, inzibati ərazi dairəsi üzrə nümayəndəliyin, xidmət sahələrinin rəhbərləri iştirak etdilər.
Rayon İcra Hakimiyyəti başçısı ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlər barədə vətəndaşlara ətraflı məlumatlar verdi. Mikrorayon sakinləri bundan öncəki görüşlərdə qaldırılmış problemlərin müsbət həlli ilə bağlı dövlət başçısına öz təşəkkürlərini bildirdilər.
Daha sonra RİH başçısı Elxan Allahverdiyev görüşdə iştirak edən sakinlərin H.Babaşov küçəsi 9 saylı ünvanda ağacların budanması, S.Məmmədova küçəsi 207 saylı ünvanda zirzəmiyə yığılmış suyun çəkilməsi və dezinfeksiya edilməsi, S.Məmmədova küçəsi 203 saylı ünvanda sahibsiz heyvanların toplanması, H. Babaşov küçəsi 3 saylı ünvanda mövcud işıq dirəklərində lampaların dəyişdirilməsi, A.Məmmədov küçəsi 137 saylı ünvanda qaz borusunun zədələnməsi və A.Məmmədov küçəsi 135 saylı ünvanın zirzəmisinin dezinfeksiya olunması, M. Cəlal küçəsi 21 saylı ünvanda mövcud işıq dirəklərində lampaların dəyişdirilməsi ilə əlaqədar aidiyyəti qurumlara müvafiq tapşırıqlar verdi.
Возможно, это изображение один или несколько человек
Возможно, это изображение один или несколько человек и свадьба
Возможно, это изображение свадьба
Возможно, это изображение один или несколько человек
Возможно, это изображение один или несколько человек и текст
Нет описания фото.
Əvvəlki məqalə“Minkənd” KSES açıldı, “Tekstil Klasteri”nin isə təməli qoyuldu – Foto