Maaşınız bu məbləğdən çoxdursa, verginiz dəyişəcək – Yeni qayda

0
10983
manat

2027-ci ildən əməkhaqqından gəlir vergisinin hesablanması qaydasında dəyişiklik ediləcək. Yeni sistemdə verginin məbləği aylıq gəlirin hansı aralıqda olmasından asılı olaraq müəyyənləşəcək.

Bineqedi.com saytı milli.az-a istinadən xəbər verir ki, 2 500 manatadək aylıq gəlirə 5 faiz vergi tətbiq olunacaq. Gəliri 2 500-8 000 manat arasında olan şəxslər isə 125 manat və 2 500 manatı aşan hissənin 10 faizi məbləğində vergi ödəyəcəklər.

Aylıq gəlir 8 000 manatdan çox olduqda, vergi 675 manat təşkil edəcək və 8 000 manatdan artıq olan hissəyə 14 faiz tətbiq ediləcək.

Qaydalar 2028-ci ildən yenidən dəyişəcək. Həmin tarixdən 2 500 manatadək gəlirlər üçün vergi dərəcəsi 7 faiz olacaq. 2 500-8 000 manat gəlir aralığında sabit məbləğ 175 manat, 8 000 manatdan yuxarı gəlirlər üçün isə sabit məbləğ 725 manat müəyyən ediləcək.

Beləliklə, növbəti illərdə gəlir vergisinin məbləği əməkhaqqının səviyyəsinə uyğun olaraq mərhələli şəkildə hesablanacaq.

Əvvəlki məqaləPrezidentlə xanımı Bakıdakı Zəfər parkında – Video – Foto
Növbəti məqalədəPrezident bəzi şəxslərə xüsusi və ali hərbi rütbələr verdi – SİYAHI