Cəbrayılın işğaldan azad olunmasından 6 il ötür

0
10992

Bu gün Cəbrayıl şəhərinin Ermənistan Silahlı Qüvvələrinin işğalından azad edilməsindən altı il ötür.

1993-cü il avqustun 23-də ermənilər tərəfindən işğal edilən Cəbrayıl şəhəri, 2020-ci ilin oktyabrın 4-də Azərbaycan Ordusu tərəfindən azad olunub.

Elə həmin gün Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Cəbrayıl şəhəri və rayonun daha 9 kəndi – Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Dəjəlin düşmən işğalından azad olunduğunu açıqlayıb.

Qeyd edək ki, 2020-ci ilin noyabr ayının 16-da Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilən Cəbrayıl rayonunda olublar. Prezident Cəbrayıl şəhərində və Xudafərin körpüsündə şanlı Azərbaycan bayrağını qaldırıb.

Əvvəlki məqaləBu yolda sıxlığı azaltmaq üçün zolaq sayı artırıldı – Foto
Növbəti məqalədəBakıda kanatla sərnişindaşıma olacaq – Video