Binəqədidə Beynəlxalq Müəllimlər Günü qeyd olundu – Foto

0
9091
Binəqədi Rayon İcra Hakimiyyətinin inzibati binasında 5 Oktyabr–Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirildi.
Bineqedi.com xəbər verir ki, tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini – Ərazi təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Sevinc Süleymanova, Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Rauf Həsənov, rayonun ümumtəhsil məktəblərinin direktorları və müəllimləri iştirak etdilər.
Tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzərək əziz xatirəsini ehtiramla yad etdilər.
Tədbir ümummilli lider Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi, suverenliyi uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsindən sonra açıq elan olundu.
Təhsilin insan həyatındakı önəmindən söz açan Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev müəllimləri 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə təbrik edərək, çıxışında qeyd etdi ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev hər zaman milli təhsilimizin və elmin inkişafına, gənclərimizin yüksək səviyyədə təhsil almalarına xüsusi diqqət və həssaslıqla yanaşmışdır. Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf yolu bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Təhsil sahəsinə dövlət səviyyəsində göstərilən diqqət və qayğı gələcək nəsillərin formalaşmasında mühüm rol oynayır. Bu gün təhsil müəssisələrimizdə əldə olunan nəticələr müəllimlərin fədakar əməyi və şagirdlərin səylərinin bəhrəsidir. Ölkəmizdə şəhid ailələrinə, onların övladlarının təhsilinə, gələcəyinə göstərilən diqqət və qayğı dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Müasir dövrümüzdə Azərbaycanda elmin və təhsilin inkişafı ilə bağlı həyata keçirilən kompleks tədbirlər, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu sahəni dövlət siyasətinin mühüm prinsipləri sırasına daxil etməsi, təhsil işçilərinə hərtərəfli qayğı, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə ölkəmizdə təhsil sahəsində həyata keçirilən önəmli proqram və layihələr dövlətin gələcəyini daha etibarlı və inamlı görmək əzmindən xəbər verir.
Rayon İcra Hakimiyyəti başçısının müavini – Ərazi təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Sevinc Süleymanova müəllimləri əlamətdar gün münasibətilə təbrik edərək, rayonda 2025-2026-cı tədris ilinin yekunları və yeni tədris ilinə hazırlıqla bağlı görülmüş işlər barədə hesabat məruzəsi ilə çıxış etdi.
Tədbirdə çıxış edən rayonun ümumitəhsil məktəblərinin direktorları və müəllimləri müəllim əməyinin qiymətləndirilməsinin təhsil işçilərinə əlavə stimul verdiyini qeyd edərək, bundan sonra da şagirdlərin keyfiyyətli təhsil alması, onların bilik və bacarıqlarının artırılması, istedadlarının üzə çıxarılması və layiqli vətəndaş kimi formalaşmaları istiqamətində səylə çalışacaqlarını, təhsil işçilərinə göstərilən yüksək diqqət və qayğıya görə bütün müəllimlər adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirdilər.
Sonda rayonun təhsil sahəsində səmərəli fəaliyyət göstərən, peşə fəaliyyətində fərqlənən, şagirdlərin təlim-tərbiyəsində və yüksək nəticələr əldə etməsində xüsusi xidmətləri olan təhsil işçiləri Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən Fəxri fərman və xatirə hədiyyələri ilə təltif olundular.
Şəkilin açıqlaması yoxdur.
Bir xəbər otağı şəkili ola bilər
Şəkilin açıqlaması yoxdur.
Bir platforma, Oval kabinet, xəbər otağı və mətn şəkili ola bilər
Bir mətn şəkili ola bilər
Əvvəlki məqaləPensiya artımında yenilik: Aşağı pensiya alanlar daha çox qazana bilər
Növbəti məqalədəDuracaq və qarajlarla bağlı – Dəyişiklik