Bu şəxslərin pensiyası daha çox artacaq

0
8911

“Bəzi fikirlər var idi ki, “Əmək pensiyaları haqqında” qanuna dəyişiklikdən pensiyalar azalacaq. Amma belə deyil”.

Bineqedi.com xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev komitənin bu gün keçirilən iclasında deyib.

Bu şəxslərin pensiyası daha çox artacaq

O bildirib ki, pensiya artımı sığorta prinsipləri əsasında aparılır:

“Pensiyaların 90 faizi ortaaylıq əməkhaqqının artımına uyğun olaraq artırılır. Sığorta əsasında pensiyalar hər il indeksləşdirilərək artırılır. Qanuna dəyişiklik nəticəsində artım əmsalları tənzimlənəcək ki, bu da aşağı məbləğdə pensiya alanların pensiyasının daha çox artmasına imkan verəcək”.

Əvvəlki məqalə“TƏBİB-in sistemi işləmir, insanlar ağrı içində növbə gözləyir” – Video
Növbəti məqalədəPrezident: “Ermənistan müvafiq arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır”