Bu marşrutların hərəkət sxemləri dəyişdirildi

0
9091
avtobus

Paytaxtın Binəqədi qəsəbəsinin Cəfər Cabbarlı küçəsində aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq olunub.

Bineqedi.com xəbər verir ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) verilən məlumata görə, məhdudiyyət səbəbindən 133 və 170 nömrəli müntəzəm marşrutların hərəkət sxemləri dəyişdirilib.

Təmir işləri yekunlaşanadək 133 nömrəli marşrutun son dayanacağı Gülməmməd Ramazanov küçəsində təyin edilib. 170 nömrəli marşrutun hərəkəti isə Binəqədi qəsəbəsinin Fəhlə küçəsi ilə təmin olunur.

***

AYNA-dan bildirilib ki, həmçinin Hövsan qəsəbəsinin 8 Noyabr küçəsində aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq olunub.

Qeyd edilib ki, məhdudiyyət səbəbindən 120, 120E və 121E nömrəli marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdirilib.

Marşrutların fəaliyyət istiqamətləri:

– 120 nömrəli marşrut: Elman Qasımov küçəsi (Hövsan qəsəbəsi) – Səməd Vurğun parkı;

– 120E nömrəli marşrut: Hövsan yaşayış kompleksi (MİDA) – Səməd Vurğun parkı;

– 121E nömrəli marşrut: Elman Qasımov küçəsi (Hövsan qəsəbəsi) – metronun “Əhmədli” stansiyası.

Əvvəlki məqaləPrezident: “Ermənistan müvafiq arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır”
Növbəti məqalədəXəstəxanada direktor müavinini bıçaqlayan sürücü imiş – Rəsmi