Anasının evinə basqın edərək onu döyən “xeyriyyəçi” saxlanıldı – Anbaan video

0
9099
ev-ogurluq-bineqedi

Özünü xeyriyyəçi kimi göstərərək sosial şəbəkələrdə ehtiyacı olan şəxslərə yardım çağırışları edən bloqer Namiq Əzizin anasının evinə basqın edərək onu döyməsi ilə bağlı görüntülər yayılıb.

Bineqedi.com “Bakupost”a istinadən xəbər verir ki, hadisə oktyabrın 30-da gecə saatlarında Cəlilabadda baş verib.

 

 

Məlumata görə, əsl adı Namiq Kəlbiyev olan şəxs Bakıdan rayona gedərək anasının yaşadığı evə pəncərədən daxil olub. O, mənzilə girdikdən sonra anasına hücum edərək onu döyüb. Hadisə zamanı evdən qadının qışqırıq səsləri eşidilib.

Bildirilib ki Namiq Kəlbiyev polis əməkdaşları tərəfindən saxlanılıb. Onun hansı səbəbdən anasına xəsarət yetirdiyi hələlik məlum deyil.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan vurğulanıb ki, hazırda faktla bağlı müvafiq polis orqanında araşdırma aparılır.

Əvvəlki məqaləNoyabrda ardıcıl 4 gün iş olmayacaq
Növbəti məqalədəBinəqədidə Vətən müharibəsi şəhidi Elnur Nəcəf oğlu Mustafayevin xatirəsi anılıb – FOTO