Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin Biləcəri qəsəbə sakinləri ilə səyyar qəbulu keçirildi.
Bineqedi.com xəbər verir ki, görüşdə Rayon İcra Hakimiyyəti başçısının müavini, Aparatın məsul şəxsləri, bələdiyyə, inzibati ərazi dairəsi üzrə nümayəndəliyin, xidmət sahələrinin rəhbərləri iştirak etdilər.
Rayon İcra Hakimiyyəti başçısı ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlər barədə vətəndaşlara ətraflı məlumatlar verdi. Qəsəbə sakinləri bundan öncəki görüşlərdə qaldırılmış problemlərin müsbət həlli ilə bağlı dövlət başçısına öz təşəkkürlərini bildirdilər.
Daha sonra RİH başçısı Elxan Allahverdiyev görüşdə iştirak edən sakinlərin Yəhya Hüseynov küçəsi döngə 2 ünvanında kanalizasiya xəttinin yenilənməsi, Asəf Zeynallı və X.Məlikaslanov küçələrində sahibsiz heyvanların ərazidən yığılması, Bürhan Təbrizi küçəsində 100 metr uzunluğunda yolun asfaltlanması, 80 metr 50 m-lik su xəttinin yenilənməsi, məhəllə 5057/68, 4 saylı binada zirzəmidən suyun çəkilməsi, Şah Abbas küçəsində (Binəqədi şosesi) avtobus dayanacağının quraşdırılması, 7-ci Biləcəri, I döngədə 125 m yolun asfaltlanması, X.Məlikaslanov küçəsində asfalt örtüyünün çəkilməsi və ya sıradan çıxmış hissələrin təmir edilməsi, Yusif İmanov küçəsində 100 m hissəyə asfalt örtüyünün çəkilməsi ilə əlaqədar aidiyyəti qurumlara müvafiq tapşırıqlar verdi.
















