YAP Binəqədi rayon təşkilatında Binəqədi Bələdiyyəsi üzvlüyünə namizədlərin seçicilərlə görüşü keçirilib – Fotolar

0
52
yap-bineqedi-belediyye

Yeni Azərbaycan Partiyası (YAP) Binəqədi rayon təşkilatında 23 dekabr 2019-cu il tarixdə keçiriləcək Bələdiyyə seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində YAP tərəfindən irəli sürülmüş Binəqədi rayonu Binəqədi Bələdiyyəsi üzvlüyünə namizədlərin seçicilərlə görüşü keçirilib.

Bineqedi.info saytına verilən məlumata görə, görüşü giriş nitqi ilə açan YAP Binəqədi rayon təşkilatının sədri, YAP Mərkəzi Seçki Qərargahının Binəqədi rayon şöbəsinin sədri Ramiz Göyüşov Azərbaycanda seçicilərin hüquqlarından danışıb. Bildirdi ki, vətəndaşların seçib, seçilmək hüququ Konstitusiya ilə müəyyən olunan ən müstəsna hüquqlardan biridir.

Ramiz Göyüşov çıxışında ölkəmizdə 1999-cu ildən təsis edilən bələdiyyə institutlarına diqqət yönəldib. 20 yaşlı bələdiyyələrin bu qısa müddətdə kifayət qədər inkişaf etdiyini, inzibati əraziləri daxilində sakinlər üçün mühüm işlərin görüldüyünü bildirib.

yap-bineqedi-belediyye

Təbii ki, mövcud nöqsanlar və həllini gözləyən problemlər də var. Lakin 20 yaşlı Azərbaycan bələdiyyələrini yaşı yüzlərlə olan ABŞ, Avropa ölkələrinin və ya Türkiyə bələdiyyələri ilə müqayisə etmək absurddur. O ölkələrin bələdiyyələri uzun tarixi yol qət edərək mühüm təkmilləşmə mərhələləri keçiblər. Ancaq yerli bələdiyyələrin tam inkişafı və qarşısında duran məsələlərin həlli üçün zamana ehtiyac var. Rayon təşkilatının sədri namizədlərə tövsiyyələrini verib.

Bildirib ki, seçicilərin etimadını qazanaraq bələdiyyə üzvü seçiləcəkləri təqdirdə daim dövlətimizin və xalqımızın inkişafına səy göstərsinlər. Bu istiqamətdə durmadan, yorulmadan çalışsınlar. Bu böyük etimaddır və onlar seçicilərin bu etimadını doğrultmalıdırlar.

Görüşdə çıxış edən YAP Mərkəzi Seçki Qərargahının Binəqədi rayon şöbəsinin üzvü, Binəqədi Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri Aslan Mehdiyev seçiciləri Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verməyə çağırıb.

Bələdiyyə üzvlüyünə namizədlər Mürsəl Eminov və Aysel Əlizadə çıxış edərək vurğulayıblar ki, tarixi təcrübə göstərir ki, hər bir dövlətin mütərəqqi inkişafı müxtəlif amillərlə yanaşı, həm də demokratik seçkilərdən asılıdır.

Namizədlər daha sonra bütün seçiciləri 23 dekabrda keçiriləcək V çağırış bələdiyyə seçkilərində YAP-nın namizədlərinə səs verməyə dəvət ediblər.

Görüşün sonunda seçicilərin çox saylı sualları cavalandırılıb. Qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirələr aparılıb.

yap-bineqedi-belediyye

Əvvəlki məqaləBinəqədidə eyni evdə bacı və qardaş bıçaqlanıb
Növbəti məqalədəBinəqədidə tələbə qız yataqxanadan çıxdı, geri qayıtmadı