BİNƏQƏDİ RAYONU: 267 nömrəli məktəb-lisey barədə məlumatlar

0
111
mekteb-lisey-bineqedi

Binəqədi rayonu 267 nömrəli məktəb-lisey 1982-ci ildən məktəb, 2008-ci ildən isə məktəb-lisey kimi fəaliyyət göstərir.

Bineqedi.info saytının məlumatına görə, məktəb-liseydə təlim iki dildə aparılır.

Xarici dillərdən ingilis, rus və ərəb dilləri öyrədilir. 267 nömrəli məktəb – liseydə ingilis dili pilot məktəb kimi 4 ildir intensiv öyrədilir.

Hazırda məktəb – liseydə 66 sinifdə 1720 nəfər şagird təhsil alır. Məktəb-liseydə müasir tələblərə cavab verən fizika, kimya, biologiya kabinetləri, kompüter otaqları, akt zalı, idman zalı, futbol meydançası və zəngin kitabxana vardır. Məktəb-lisey “Təhsil sistemində müasir yanaşmaların təşəkkülü ili” çərçivəsində keçirilən “İlin yaradıcı fəaliyyəti ilə fərqlənən ən yaxşı təlim – tərbiyə müəssisəsi” müsabiqəsinin qalibi olub (2004). Məktəb-lisey 2008-2009-cu dərs ilində keçirilən “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsinin qalibi olub.

mekteb-lisey-bineqedi

Məktəbin direktor müavinləri Azad Salahov elmlər namizədi, Arzu Sultanova isə “Mədət” təşkilatının təlimçisidir.

Məktəb-liseydə iki nəfər əməkdar müəllim iki nəfər isə “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi fəaliyyət göstərir.

Bineqedi.info xatırladır ki, 267 nomrəli məktəb-liseyin direktoru Adilə Orucova Əməkdar müəllimdir.

adile-orucova-direktor

A.Orucova 2005-ci ildə “Təhsil sistemində müasir yanaşmaların təşəkkülü ili” çərçivəsində keçirilən “İlin ən yaxşı məktəb direktoru” müsabiqəsində xüsusi fərqləndiyinə, təhsilin keyfiyyətinin yüksəldilməsi sahəsində pedaqoji kollektivin fəaliyyətinin təşkili istiqamətində məqsədyönlü iş apardığına, idarəetmənin müasir forma və metodlarını peşəkarlıqla tətbiq etdiyinə və əldə etdiyi uğurlu nəticələrə görə I dərəcəli diplomla təltif olunub.

2009-cu ildə Bakı Şəhər Təhsil İdarəsi tərəfindən təhsilin keyfiyyət səviyyəsinin yüksəldilməsində qazandığı nailiyyətlər, o cümlədən məzunlarının ali məktəblərə tələbə qəbulunda ardıcıl olaraq göstərdiyi yüksək nəticələrə görə fəxri fərmanla təltif edilib.

YAP Binəqədi Rayon Təşkilatının İdarə Heyətinin üzvüdür. 1998-ci, 2003-cü, 2008-ci, 2013-cü, 2018-ci illərdə Azərbaycan müəllimlərinin XI, XII, XIII, XIV, XV qurultaylarının, 1998-ci, 2003-cü, 2008-ci və 2013-cü illərdə Azərbaycan Qadınlarının I, II, III, IV qurultaylarının nümayəndəsi olub. 2001-ci ildən indiyə qədər YAP Binəqədi rayon təşkilatının idarə heyətinin üzvüdür. Direktoru olduğu 267 nömrəli məktəb-lisey 2009 və 2015-ci illərdə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Ən yaxşı ümumi təhsil müəssisəsi” müsabiqəsinin qalibi olub. 2015-ci ildə məktəb-lisey Azərbaycan Respublikası Təhsil Nazirliyinin IX siniflər üzrə buraxılış imtahanlarının nəticələrinə əsasən yüksək nəailiyyət əldə etdiyi üçün “Fəxri Fərman”a layiq görülüb.

Məktəbin ünvanı:

Binəqədi rayonu, 9-cu mikrorayon, M. Cəlal küçəsi 33 69.

Əlaqə telefonu: 012 430-42-43
Elektron poçt: 267mekteblitsey@bakuedu.gov.az

Hikmət Həsənov

Əvvəlki məqaləBinəqədinin Mərkəzi Kitabxanasına ekskursiya – Fotolar
Növbəti məqalədəYAP Binəqədi rayon təşkilatında qadın seçicilərlə görüş keçirildi – Fotolar