Rəsulzadə qəsəbəsində 56 yaşlı qadın dəm qazından boğulub

0
66
resulzade-qesebesi

Bakıda 56 yaşlı qadın dəm qazından boğulub.

Bineqedi.info-nun apa-ya istinadən məlumatına görə, hadisə paytaxtın Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində qeydə alınıb.

Həmin qəsəbədə yaşayan 1963-cü il təvəllüdlü Kudelina Tatyana Vasilyevna mənzilinin hamam otağında dəm qazından zəhərlənərək ölüb.

Faktla bağlı Binəqədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci ( səhlənkarlıq, zərərçəkənin ölümünə səbəb olma) maddəsi ilə cinayət işi başlanıb.

Əvvəlki məqaləGələn ildən ali məktəblərə qəbul qaydası dəyişir: hansı yeniliklər olacaq?
Növbəti məqalədəBinəqədi toyu – Bineqedi.info saytında yeni rubrika – VİDEO