Bakıda polisin saxladığı şəxs xəstəxanadan qaçmaq istəyərkən təkrar tutulub.
Bineqedi.info saytı lent.az-a istinadən xəbər verir ki, Bərdə rayon sakini 36 yaşlı Sadıqov Elgün Şakir oğlu polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb.
İnzibati xəta törətdiyi üçün Xətai rayon məhkəməsinin qərarı ilə 20 sutka müddətinə saxlanılmış E.Sadıqov Binəqədi rayonundakı müvəqqəti saxlanma məntəqəsinə göndərilib. Dekabrın 15-də Binəqədi rayonundakı saxlanma yerində E. Sadıqov qaşıq udub.
O, dərhal xəstəxanaya yerləşdirilib və həkim nəzarətinə verilib.
E.Sadıqov əməliyyat olunmamışdan qabaq ailə üzvləri ilə danışmaq üçün icazə istəyib, xəstəxananın ikinci mərtəbəsinə çıxıb və burdan əlavə çıxışdan qaçmağqa cəhd edib.
Lakin ərazidə xidmət göstərən polis əməkdaşları tərəfindən dərhal saxlanılaraq, yenidən həkimlərə təhvil verilib.