“EuroHome”da malları yanan sahibkarlara kompensasiya ödəniləcək – Şərtlər müəyyənləşdirilir

0
58
euro-home
Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev “EuroHome” ticarət mərkəzinin rəhbəri ilə birlikdə yanğından ziyan çəkmiş sahibkarlarla yenidən görüşüb.
Bineqedi.info “Report”a istinadla xəbər verir ki, “EuroHome” ticarət mərkəzinin sahibi ilə yanğından zərərçəkən sahibkarlar arasında təkrar görüş keçirilib.
Sahibkarlara dəymiş ziyanla əlaqədar olaraq aparılan müvafiq araşdırmalar barədə məlumat verilib.
Bildirilib ki, hazırda dəymiş ziyan müəyyən edilir və sahibkarlara ödəniləcək kompensasiya şərtləri müzakirə edilir.
Qeyd edək ki, baş vermiş yanğın, ümumilikdə, 21.000 kv.m sahəni əhatə edib.
Əvvəlki məqaləBinəqədi rayonu üzrə müəllim və valideynlərin qəbulu keçiriləcək
Növbəti məqalədəBinəqədidə polislərdən qaçmaq istəyən şəxs hamını təəccübləndirdi