Binəqədidə sağlamlıq imkanları məhdud uşaqlar üçün bayram tədbiri keçirilib

0
60
yeni-il

Dekabrın 24-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə həyata keçirilən “Sağlamlıq imkanları məhdud uşaqlar üçün (Bakı şəhəri, Binəqədi rayonu üzrə) icma əsaslı sosial reabilitasiya mərkəzlərinin fəaliyyətinin təşkili” layihəsi çərçivəsində sağlamlıq imkanları məhdud uşaqlar üçün 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramları münasibətilə tədbir keçirilib.

Nazirlikdən Bineqedi.info saytına verilən məlumata görə, tədbirdə sağlamlıq imkanları məhdud uşaqlar, onların valideynləri, hökumət və qeyri-hökumət qurumlarının nümayəndələri iştirak ediblər.

Layihə rəhbəri Cəsarət Hüseynzadə çıxış edərək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə “Şəmsi Əsədullayev” Xeyriyyə İctimai Birliyinin keçirdiyi tədbirdə iştirakçıları bayramı münasibətilə təbrik edib, ölkəmizdə uşaqlara, o cümlədən sağlamlıq imkanları məhdud olan və xüsusi qayğıya ehtiyacı olan uşaqlara göstərilən dövlət qayğısından, onların cəmiyyətə inteqrasiyası üçün yaradılan şəraitdən danışıb. O, layihə haqqında məlumat verərək bildirib ki, Binəqədi rayonu üzrə icma əsaslı sosial reabilitasiya xidmətlərin göstərilməsi üçün sağlamlıq imkanları məhdud olan 50 uşaq müəyyən edilib, fərdi qayğı planları hazırlanıb, funksional bacarıqların tam və ya qismən bərpa olunması, ailələrə dəstək verilməsi, valideyn bacarıqlarının inkişafına yönəldilmiş xidmətlər həyata keçirilir.

yeni-il1

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın üzvü Davud Rəhimli, Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının sədri Gülnarə Hüseynova və qeyri-hökumət təşkilatları rəhbərləri çıxış edərək icma əsaslı sosial reabilitasiya və günərzi qayğı mərkəzlərinin sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə inteqrasiyasında və ailələrə dəstək olmasında mühüm rol oynadığını bildiriblər.

Bayram şənliyində Şaxta baba və Qar qızın iştirakı uşaqlar tərəfindən sevinclə qarşılanıb. Şənlikdə uşaqlar rəqs edərək şənlənib.

Əvvəlki məqaləQapısı açıq qalmış evdən oğurluq olub – Polislər şübhəli şəxsi tapdı
Növbəti məqalədəBiləcəri qəsəbəsində bu küçələr asfaltlanır – Fotolar