Binəqədi rayonu: 179 nömrəli tam orta məktəb barədə məlumatlar

0
88
qorxmaz-baxsiyev-mekteb

Binəqədi rayonu Qorxmaz Baxşıyev adına 179 №-li tam orta məktəb 1936-cı ildə inşa edilib. Bineqedi.info saytının məlumatına görə, məktəb Milli Qəhrəman Qorxmaz Baxşıyevin adını daşıyır. Məktəb inşa olunan zaman 440 nəfər şagird üçün nəzərdə tutulub. 2006-cı ildə əlavə olaraq 14 sinif otağından ibarət daha bir korpus inşa edilərək istifadəyə verilib. 2011-ci ildə məktəb əsaslı şəkildə təmir olunub. Məktəbdə həm Azərbaycan, həm rus bölməsi fəaliyyət göstərir.

Prezident İlham Əliyevin 2011-ci il 4 may tarixli Sərəncamına əsasən, 2018-ci ildə “Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na əsasən məktəb üçün yeni dörd mərtəbəli 1416 nəfərlik korpus inşa edilib. Hazırda məktəbdə 2847 nəfər şagird təhsil alır. Onların təlim və tərbiyəsi ilə 154 nəfər müəllim məşğul olur.

Məktəb beş günlük, 2 növbəlidir. Məktəbin direktoru Novruzova Bayaz Məhərrəm qızıdır. Bayaz Novruzova 21.06.1961-ci ildə anadan olub. Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Ümumi texniki fənlər” fakültəsini 1982-ci ildə bitirib. Elə həmin ildən Sumqayıt şəhəri 13 N-li məktəbdə müəllim vəzifəsində çalışıb. 1987-ci ildən 2013-cü ilə qədər Sumqayıt şəhər Təhsil Şöbəsində metodist vəzifəsində işləyib. 2013-cü ildən 2017-ci ilədək Sumqayıt şəhər M.Müşfiq adına 34N-li tam orta məktəbin, 2017-ci ilin aprel ayından 2018-ci ilin sentyabr ayına qədər Bakı şəhəri Binəqədi rayonu R.İmanov adına 205 N-li məktəbin direktoru vəzifəsində çalışıb. 05.09.2018-ci il tarixdən Bakı şəhəri Binəqədi rayonu Q. Baxşıyev adına 179 N-li tam orta məktəbin direktorudur. Ailəlidir, 3 övladı var.

Məktəbin ünvanı:

Binəqədi rayonu, Ramazanov küçəsi 1.

Telefon: 012 411-14-64

Email: 179mekteb@bakuedu.gov.az

Hazırladı: Hikmət Həsənov

Əvvəlki məqaləBinəqədidə dəhşətli hadisə: Piyadanı bir avtomobil vurdu, digəri üstündən keçdi
Növbəti məqalədəPrezidentin işdən çıxardığı icra başçısı ilə bağlı məlumatlar