Hazırda həm Azərbaycanda, həm də dünyada insanları maraqlandıran suallardan biri də koronavirus (COVİD-19) infeksiyasının hava ilə yoluxub-yoluxmadığıdır.
Ümumdünya Səhiyyə Təşkilatı insanların marağını nəzərə alaraq, bu barədə aparılmış ilkin araşdırmalara əsasən, məlumat yayıb.
Bineqedi.info saytı Türkiyə KİV-nə istinadən xəbər verir ki, təşkilatın açıqlamasında COVİD-19 virusunun hava yolu ilə yoluxmadığı bildirilib.
Qeyd olunub ki, indiyədək mövcud olan təcrübə və araşdırmaların nəticəsi göstərir ki, bu virus xəstə insanların öskürməsi, asqırması və ya danışması zamanı yayılır.
Belə ki, həmin insanlar öskürdükcə başqa insanların yoluxma riski artır.
Öskürmə nəticəsində ətrafa yayılan tüpürcəklər havada qalmadığı üçün dərhal səthə hopur.
Təşkilatın açıqlamasında virusa yoluxma riskini azaltmaq üçün üçün əlləri tez-tez sabunla yumağı, spirtləməyi, digər insanlarla məsafə saxlamağı və dezinfeksiya tədbirləri görməyi tövsiyə edir.
Bineqedi.info